adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Dekabr 2019 15:07
38272
SİYASƏT

Nigar kimi gənclərimizlə fəxr edirik!

Nəinki hər bir Azərbaycan gəncinin, eləcə də hər bir azərbaycanlınınborcudur ki, məmləkətimizin adını dünya dövlətləri arasında tanıda, rəğbətqazandıra. Hər belə vətəndaşımızla fəxr etmək də bizim borcumuzdu. Bu günlərdə ABŞ-ınHarvard Universitetindəki Harvard Biznes Məktəbində (HBS) magistr dərəcəsinə qəbulolunan Nigar Mövsümlü ağlı, savadı,çalışqanlığı ilə hamının rəğbətini qazandı, uğuru ilə nəinki yaxınlarını–doğmalarını, onu tanımayanları dasevindirdi. Əslən ermənilər tərəfindən işğal olunmuş Xocavənd rayonunun Muğanlıkəndindən olan 

Nigar İlyas qızı Mövsümlü Qarabağ datanınmış nəslin nümayəndəsidir.

"O yerli batalyon komandiriolmuş İlyas Hüseynovun qızıdır . Qarabağ müharibəsində, düşmənə qarşı gedən döyüşlərində Nigarın atası da, əmiləri dəigidliklə döyüşüb” .

Bu sözlər mərhum İlyas Hüseynovun döyüş yoldaşı Əli Əsgərovaməxsusdu. O, sözlərinə davam edərək bildirib ki, Nigarın bu uğuru ən çoxatasının döyüş yoldaşlarını sevindirdi:” Elə camaatımızın da qəlbini fərəh vəqürur hissi ilə doldurdu! Nigar atasına layiq övladdı. Hələ balaca olanda məktəbdəkiuğurları, təhsil və təlim yolunda atdığı ciddi addımlar, qazandığı tərifnamələr,təşəkkürnamələr gələcəkdə hamını, xüsusən atasının ruhunu sevindirəcəyinə əminidik”.

Qeyd edək ki,Nigar 10 avqust 1993-ü ildə anadan olub. İlk ali təhsilini Qafqaz UniversitetindəBiznesin idarə edilməsi ixtisası üzrə alan Nigar təhsilini Türkiyənin HacəttəpəUniversitetində davam etdirib. 2014-2017-ci illərdə Deloitte Audit veKonsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi"Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdirmüavini vəzifəsində çalışıb. O, əlaçı olduğu qədərdə vətənpərvərdi. DağlıqQarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür. Nigar eyni zamanda,Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində beynəlxalq gənclər və tələbə arenalarındadaim fəaldır”.

Həmsöhbətimiz Əli Əsgərov döyüş yoldaşı,komandiri haqqında danışaraq söylədi ki, 

"O, 1961-ci ildə Xocavənd rayonunun muğanlıkəndində anadan olub.

1992-ci ilin yanvar ayında İlyas Hüseynov Muğanlı kəndində yaradılan ilk rəsmibölüyün komandiri təyin olunub və 6 yanvar 1992-ci ildə Qarakənd kəndi istiqamətindəermənilərin hərbi bazalarının ləğv olunması ilə nəticələnən, 11 və 16 yanvartarixlərində ermənilərin Qaradağlı kəndinə hücumlarının qarşısının alınması məqsədiilə keçmiş Martuni (Xocavənd) şəhərində aparılan döyüş əməliyyatlarının əsas təşkilatçısıvə iştirakçılarından biri olub.

I5.07.92-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Xocavəndrayonundakı özünümüdafiə dəstələrinin bazası əsasında 831 saylı hərbi hissəyaradılıb və İlyas Hüseynov həmin hərbi hissdə Artilleriya batareyasınınkomandiri təyin edilib.

14 avqust və 16 avqust 1992-ci ildə Xocavənd Plotəpə yüksəkliyi uğrundaaparılan və uğurla başa çatdırılan döyüş əməliyyatlarında məhz İlyas Hüseynovunbatareyasının köməyi ilə erməni ordusunun 10-larla əsgəri məhv edilib, 1 T-72tankı, 2 ədəd minaatanı sıradan çıxarılıb.

Onun rəhbərlik etdiyi batareya düşmənə bir neçə dəfə ağır zərbə vurub.

26 yanvar 1994- cü il tarixdə Nərgiztəpə uğrunda gedən döyüşlərdən sonra böyükitkilər bahasına olsa da, Xocavənd rayonunun, Dağlıq Qarabağın kiçik bir hissəsiişğaldan azad olunur.

10 aprel 1994-cü ildə Ali Baş Komandan Heydər Əliyev cəbhə xəttinə gəlir vəİlyas Hüseynovun rəhbərlik etdiyi taborun müdafiə rayonunda olur, əsgərlərqarşısında çıxış edir və onların xidmətlərini yüksək qiymətləndirir, əsgərləriqiymətli hədiyyələrlə mükafatlandırır.

İlyas Hüseynov sonrakı müddətdə ermənilərlə döyüşlərdə bir neçə dəfə yaralanıb.

1994-cü ildə ağır kontuziya alması səbəbindən səhhəti İlyas Hüseynova hərbiqulluğunu davam etdirməyə imkan verməyib və II qrup Qarabağ müharibəsi əlilikimi ehtiyata çıxıb.

İlyas Hüseynov Qarabağ döyüşlərdində aldığı yaralar səbəbilə 2006-cı il aprelayının 14-də 45 yaşında dünyasını dəyişib”.

Qəzetin kollektivi adından mərhum komandirİlyas Hüseynova Allahdan rəhmət, onunqızı- fəxrimiz Nigara isə uğurlar arzulayırıq!

Əntiqə Rəşid