adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Mart 2018 11:05
386643
GÜNDƏM

NİCAT NOVRUZOĞLU: İNSANLARIN HEYSİYYATI İLƏ OYNAMAYIN

Adamlar çox kövrəkolur. Xırda bir hadisədən də təsirlənirlər. Xüsusilə də söhbət Qarabağdan gedirsə.

Saytların birindəbelə bir manşertlə bir məlumat gedib: «Qarabağ müharibəsinin dəqiq vaxtı bilindi».

Başqa saytlar davə digər mətbu orqanlar da bu məlumatı tirajlayır. Açıb oxuyursan, çürük bir fındıq.Amerikanın səfiri  deyib ki, Ermənistanda,Rusiyada və Azərbaycanda seçkilər bitdikdən sonra  Qarabağ müharibəsinin yenidən alovlanma ehtimalıvar. Və daha  sonra da qeyd edir ki, danışıqlarda davam edə bilər və yəqin ki edəcək də.

Dostlar, dəqiq  vaxtın dəqiq  vaxtı olur; filan  ayın filan günündə, bəhmən ayın bəhmən günündə.Hanı burda dəqiq  vaxt,  göstərə bilərsiniz? On-on beş nəfər oxucu üçüninsanların heysiyyatı ilə niyə oynayırsız?

Hörmətli oxucular,siz  də hər başlığa  inanmayın. Və ümumiyyətlə, hər yazılana  inanmayın.