adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
31 Iyul 2019 14:56
20722
ƏDƏBİYYAT

Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” kitabı çapdan çıxdı

"Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindənyazılan kitab itkin-şəhid Xəqani Əkbərovun taleyindən bəhs edir

Jurnalist-publisistNəzirməmməd Zöhrablının "Gözlər yoldan yığılarmı...” adlı növbəti kitabı işıqüzü görüb. Kitab Qarabağ döyüşlərində itkin düşmüş soydaşımız Xəqani Eyvaz oğluƏkbərovun həyat və döyüş yolu əsasında qələmə alınmış sənədli povestdir.

"Azəri”Poliqrafiya nəşriyyatında nəfis tərtibatla çap olunmuş "Gözlər yoldanyığılarmı...” kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin XatirəKitabı redaksiyası ilə "Bakı-xəbər” qəzetinin "Şəhidlər ölməz, Vətən bölünməz”silsiləsindən müştərək layihəsi əsasında ərsəyə gətirilib. Layihənin rəhbəriXatirə Kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət xanım Məmmədova,redaktoru və ön sözün müəllifi şair-publisist Zülfüqar Şahsevənli, rəyçisi"Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, texniki redaktoru DilarəHüseynova, korrektoru Kamilə Dilbazi, dizayneri Cəfər Kərimovdur.


Layihə rəhbərinintəqdimatı, redaktorun "Bir yetim haray var, gəzir dünyanı!” başlıqlı yazısı iləaçılan "Gözlər yoldan yığılarmı...” kitabında müəllif İsmayıllı rayonunun Gəraybəylikəndində doğulmuş, o vaxtkı Azərbaycan Dövlət Neft-kimya İnstitutunun IIIkursunda təhsilini yarımçıq qoyub könüllü olaraq Qarabağa – qanlı döyüşmeydanına yollanmış, indi itkin-şəhid statuslu Xəqani Əkbərovun döyüş yolu,axtarışları, doğmalarının, tanışlarının onun haqqında xatirə və diləklərini qələməalmışdır. Kitab "Axtarışlar” və "Xatirələr, diləklər” adlı iki bölümdən ibarətdir.N.Zöhrablının Xəqaninin itkin düşməsindən 25 il sonra çox çətinliklə tapdığı döyüşyoldaşları ilə söhbətləri bu igid həmyerlimizin döyüşə, Vətənə münasibəti,itkin düşmə şəraiti barədə zəngin məlumatları ortaya çıxarmışdır. Yenicənişanlanmış Xəqaninin bütün təkidlərə rəğmən döyüş yolunu seçməsi, məzuniyyətinsonunu belə gözləmədən Ağdamın döyüş nöqtələrinə çevrilmiş kəndlərinə qayıtmasıvətənpərvərliyin təbliğində əvəzsiz nümunələrdən biridir. Kitabdakı yazıları Xəqaniilə ilgili, eləcə də onun axtarışları, müsahibələr zamanı lentə alınmış, hərbiri mahiyyətində böyük anlamları daşıyan rəngli şəkillər bloku müşayiət edir. İnanırıqki, nəşr soydaşlarımızın, özəlliklə gəncliyin, sabahın azərbaycanlılarınınstolüstü kitabına çevriləcək və vətənpərvərliyin son dərəcə əhəmiyyətli birnümunəsi kimi yaddaşlarda özünə yer edəcəkdir.

XatirəKitabı redaksiyasının kollektivi "Gözlər yoldan yığılarmı...” kitabının genişictimaiyyətə təqdim edilməsinə itkin-şəhidin doğulduğu İsmayıllı rayonundanbaşlamağı planlaşdırır. Sentyabr-oktyabr aylarında isə Bakıda təqdimat mərasimininkeçirilməsi nəzərdə tutulur.