adalet.az header logo
  • Bakı -°C
09 Mart 2026 09:11
74
DÜNYA
A- A+

Netanyahu İran xalqını "şah dövrü bayrağı" altında birləşməyə çağırdı

İsrail Baş naziri Benyamin Netanyahu X şəbəkəsində İran xalqına videomüraciət ünvanlayıb. 

Adalet.az xəbər verir ki, Netanyahu İsrailin "İranı zülm boyunduruğundan azad etməyə" çalışdığını bəyan edib, İran xalqını "ayağa qalxmağa" və hakim rejimə son qoymağa çağırıb.

"İnanıram ki, həqiqət anında ayağa qalxsanız, İsrail və İranın yenidən cəsarətli dost olacağı gün uzaqda deyil. Qərb paytaxtlarında İran "aslan-günəş" bayrağının və Davud ulduzu olan İsrail bayrağının qaldırılmasını, İran mühacirləri ilə yəhudilər arasında rəqs və isti qucaqlaşmaları görənlər - bütün bunları görənlər dərin təsirləniblər. Bu, bizə gələcəyə böyük ümid verir. Uğurumuz təkcə bütün dünya üçün nüvə təhlükəsinin aradan qaldırılmasına deyil, həm də İsrail ilə İran arasında sülhə gətirib çıxaracaq. Bu, ətrafımızdakı sülh dairəsinin şəkildə genişlənməsinə səbəb olacaq", - deyə Netanyahu bildirib.