"Netanyahu da Miloşeviç kimi mühakimə olunacaq" - Ərdoğan
"Miloşeviç mühakimə olunduğu kimi, Netanyahu və əlaltılarının da eyni şəkildə mühakimə olunacağına və mühakimə ediləcəyinə inanıram".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT World Forumunda çıxışında deyib. O bildirib ki, onlar cinayətkardırlar, terrorçudurlar və mütləq Haaqa Məhkəməsində mühakimə olunacaqlar.
"Biz bu məsələni təqib edirik. İnanıram ki, Miloşeviç mühakimə olunduğu kimi, Netanyahu və onun əlaltıları da eyni şəkildə mühakimə olunacaqlar. (Slobodan Miloşeviç Xorvatiya, Bosniya və Kosovoda törətdiyi hərbi cinayətlərə görə mühakimə olunub.)
Amerika və Avropa ölkələrindəki idarələr əslində ən böyük zərəri Fələstin xalqının və Qəzzada məzlumların yalvarışlarına qulaq asmamaqla özlərinə edir. Onlar dəyər verdikləri rifah sistemini kökündən sarsıdacaq bir sınaqdan keçdiklərinin fərqində deyillər. Türkiyə olaraq təhlükəni görür və açıq şəkildə ifadə edirik. Biz həqiqəti hayqırmaqdan əl çəkməyəcəyik. Bu anlayışla həm xəbərdarlıq etmək, həm də məzlumun yanında olmaq vəzifəmizi yerinə yetirməyə çalışırıq. Biz kommunikasiya dəhlizini davam etdirəcəyik. Biz cənab Quterreşin məktubunu yüksək qiymətləndirir və onu təbrik edirik"- deyə Ərdoğan bildirib.
Digər Xəbərlər
29 Sentyabr 2026 11:49
Jurnalist qayınatası və qayınanası tərəfindən öldürüldü
29 Sentyabr 2026 11:31
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - VİDEO
29 Sentyabr 2026 11:23
Roma Papası Rusiya və Ukrayna liderlərinə müraciət etdi
29 Sentyabr 2026 11:06
Rusiyada matəm elan edildi
29 Sentyabr 2026 10:46
Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi
29 Sentyabr 2026 09:57
Yazıcıoğlunun ölümü: 36 nəfər həbs edildi
29 Sentyabr 2026 09:43
Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü
29 Sentyabr 2026 09:18


Bakı -°C

