Nəsli kəsilməkdə olan tısbağalar oğurlandı
Ekvadorun Qalapaqos adalarının Milli Parkından 120-dən artıq fil tısbağası oğurlanıb.
Trend-in məlumatına görə, 123 tısbağa 27 sentiyabr tarixində oğurlanıb. Həmin gün parkın rəhbəri yerli hüquq-mühafizə orqanlarına məlumat verib.
Söhbət nəsli kəsilməkdə olan fil tısbağaları və mağara tısbağalarından gedir.