adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2019 23:00
44541
GÜNDƏM

Nəşriyyat işi: bu gün və sabah

Kitabın mövcudluğu qeyri-adi, mürəkkəb ictimai və mədənihadisədir. Onda fikir və söz, elm və incəsənət, hər bir insanın və bütöv cəmiyyətinmənəvi aləmi əks olunur. Bəşəriyyətin yaratmış olduğu ən böyük xarüqələrdənbiri kitabdır. Kitab təbiəti, cəmiyyəti və insan təfəkkürünü əks etdirən zənginbir aləmdir. Təbiət, cəmiyyət və insanlar daha çox kitablar vasitəsilə əlaqələnir,formalaşır, inkişaf edir.

Azərbaycanxalqının mədəni, elmi, siyasi səviyyəsinin yüksəl­mə­sində Azər­bay­can kitabıböyük əhəmiyyətə malikdir. Əlbəttə, Azər­baycan kitabının yaradılması nəşriyyatprosesindən keçir və hər bir kitabın nəşri müəyyən məqsəd və vəzifəni yerinəyetirir. Əsərin nəş­riyyat-redaksiya prosesində formalaşması, çapdan buraxıl­masınəşriy­yat fəaliyyəti ilə əlaqədardır. Müasir dövrdə kitab nəşrinin vəziyyəti vəqarşılaşdığı problemlər, həmin problemlərin çözülməsi yolları barədə kiçikaraşdırma aparmaq məqsədilə bu sahədə xeyli təcrübəsi olan Nadir Məmmədliyəmüraciət olundu. O, məmuniyyətlə razılaşdı. Beləliklə, müsahibimiz "Nurlan” və"Elm və təhsil” nəşriyyatlarının direktoru, filologiya elmləri doktoru, professorNadir Baloğlan oğlu Məmmədlidir.

Nadir Məmmədli 1959-cuildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı Dövlət UniversitetininFilologiya fakültəsini bitirib.

Azərbaycan Milli ElmlərAkademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışıb, SSRİ Elmlər Akademiyasının Dilçilikİnstitutunda, İran İslam Respublikasının Təbrizdəki Dil və ƏdəbiyyatUniversitetində təcrübə keçib.

N.Məmmədli 1989-cu ildə "Müasir Azərbaycan dilində feili sinonimlər”mövzusunda namizədlik, 2001-ci ildə "Müasir Azərbaycan dilində alınma terminlər(1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib;filologiya elmləri doktoru, professordur.

1992-ci ildən AzərbaycanMemarlıq və İnşaat Universitetinin Azərbaycan dili kafedrasında müəllim vədosent vəzifəsində işləyib. Hal-hazırda Azərbaycan bölmələrində "Azərbayca dilivə nitq mədəniyyəti” fənnindən dərs deyir.

1995-ci ildə Respublika Təhsil Nazirliyinin təsis etdiyi humanitarsahə üzrə "Gənc alim müsabiqəsi”, 2002-ci ildə "Rəsul Rza” mükafatı laureatı,2000-ci ildə "Alınma terminlər” monoqrafiyasına görə Təhsil Nazirliyinin "Ənyaxşı elmi iş” müsabiqəsinin qalibidir.N.Məmmədlinin əsərləri Bakı, Təbriz, Tehran, Trabzon, İstanbul, Mahaçqala, Oş,Bişkek, Perm, Ufa, Okinava (Yaponiya), Quvahati (Hindistan), Estern (Şri Lanka)və b. şəhərlərdə nəşr olunub.AzərbaycanJurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür.

Nadir Məmmədli respublikada tanınmış "Nurlan” və "Elm və təhsil” nəşriyyat-poliqrafiyamüəssisələrinin təsisçisi və direktorudur.

-NadirMəmmədli bizim üçün savadlı, ziyalı alim, şəxsi keyfiyyətlərinə görə isə gözəlxasiyyətə malik, hamı ilə öz dilində danışan, münasibət quran, başqa sözlə,insanlara hörmətlə yanaşan, yaxşı dost və tanınmış naşirdir. Bəs Nadir müəllimözü üçün kimdir?

Birinci növbədə mən özüm üçün dilçiyəm. Peşəkardilçi hesab edirəm özümü, çünki, ömrümü bu işə sərf etmişəm. Bakı DövlətUniversitetinin Filologiya fakültəsini bitirmişəm. SSRİ Elmlər Akademiyasının Dilçilikİnstitutunda, İran İslam Respublikasının Təbriz Universitetinin Dil-ƏdəbiyyatFakültəsində təcrübə keçmişəm. Peşəm, ömrüm ancaq bu işlə bağlı olub. Həmişəhiss etmişəm ki, alimlərin əksəriyyəti ehtiyac içindədir. Kimsə onlara dayaqdurmalı, kömək etməlidir. Fikirlərini kağıza köçürürlər, lakin onu çap edəbilmirlər. Elmlər Akademiyasının şöbələrində, institutlarında nə qədər işləryatıb qalır, çap olunmur. Mən alimlikdən naşirliyə gəlmişəm ki, onlara dayaqdurub və əlimdən gələni əsirgəmirəm.

-Nadirmüəllimin həyat gündəliyi varmı? Gündəlik yazmağa, iş qrafiki, cədvəl tutmağa həvəsinizolurmu?

Yox, cavanlığımda nə vaxtsa gündəlik yazmışam. Hərgünümün öz adı vardı. Gündəlik qayğılarımdan sonralar tərgitdim. Səhəroyanandan ancaq bir qayğı ilə, bir fikirlə yaşayıram. Yalnız kitablarıntaleyini fikirləşirəm, axı, hər kitab bir insanın sevincidir. Bir insana 100kitab veririksə, o da 100 insana sevinc bağışlayır. Deyirsən gündəlik yazmaq, hərçıxan kitab mənim gündəliyimdir, həyat normamdır, tarixdir, yaddaşdır. Çünkibiz kitabların arxasına yazırıq filan tarixdə, filan gündə, filan sifarişlə,filan qədər kitab çıxıb. Bunların hamısı mənim üçün gündəlikdir.

-Əvvəlcə öz yaradıcılığınıza toxunaq, sizin qələminizdən elmi məqalələrdən başqabədii əsərlər: roman, povest çıxıbmı və ümumiyyətlə bədii yaradıcılığa münasibətiniznecədir?

- Mən bir dəfə təşəbbüs eləmişəm. Bir dəfə birpritça (kiçik və orta həcmli nəşr nümunəsi) və bir novella yazmışam və hərikisi sırf təsadüfdür. Bir günün içində yazmışam, səhərisi gün "Ədəbiyyat” qəzetinəvermişəm, həftə sonu da çap olunub. O qədər ürəklə yazmışam...ürəyim istədiyikimi. Yox, roman yazmamışam... içimdə şeir yazmaq olubsa, ancaq alınmayıb.Qorxmuşam ki, Haqverdiyevin məşhur qəhrəmanı kimi – "Fələk vurub darvazamızıqırıbdır” və yaxud da Vaqif Səmədoğlunun – "Xoşbaxtlıq, xoşbaxtlıq” - sonu gəlməyənbir şeir olsun...Ona görə mən fikirləşmişəm ki, bunu daha yaxşı yazanlar var.Onları həmişə oxuyum və qibtə edim.

-Ədəbiyyatdahansı janrları sevirsiz?

-Esse.

-Sizinüçün yazmaq asandır, yoxsa nəşr etmək?

- Dünyada yazmaqdan çətin bir iş yoxdur. Yəni,yazmaq belədir ki, ağ vərəqlə üz-üzə oturursan. Yazılı nitqinqanunlarına görəöz yazını redaktə edə bilirsən, yazını dəyişdirə bilirsən. Hər şey sənin əlindədir. Ancaq, yazmaq mənimüçün çox şirindir, həddindən artıq. Çünki sonra mən həmin yazını oxuyanda,fikirləşirəm ki, necə yaxşı fikirləşmişəm, nə yaxşı fikirlərlə yazmışam, yaxşıyazmışam. İnsanlara həmişə yaxşılıq arzulamışam. Yazılarımın heç birində mənfibir emosiya yoxdur. Heç vaxt olmayıb. Elmi əsərlər, elmi məqalələr yazandansonra xeyli fikirləşirəm yazını elə yazmaq lazımdır ki, oxucu bunu başa düşsün.Yəni skeptip kimi özümə qapanım, öz yazılarımı heç kim başa düşməsin,yox...Əksinə. Elmi əsəri, elmi məqaləni elə yazıram ki, oxucuda yaxşı bir hiss,ovqat oyatsın. Mən dilçiyəm axı. Dilimizin qanunlarını gözləyirəm, dilimizingözəlliklərini çatdırıram yazılarımda. Birinci növbədə nə edirəm? Düzdür, elmiüslubda bir balaca çətindir. Ancaq hər halda o sözləri tapıb işlədirəm ki,onlar bizim məişətimizdə var. Öz dilimizin şirinliyini, gözəlliyini insanlaradaddıraq. Bəziləri çalışır ki, əcnəbi dillərdən yeni sözlər işlətsin öz məqalələrində.Mən isə öz ana dilimizdə olan sözlərdən daha çox istifadə edirəm, əcnəbi sözlərdənqaçmağa çalışıram.

-Deməli,sizin üçün yazmaq daha çətindir.

- Nə qədər çətindirsədə, o qədər də xoşdur. Yəni,asan olsaydı, biz yazıya barmaqarası baxardıq. Yazıya həm də üslub, varis, nəhayət yaddaş kimi baxıram.İstənilən vaxtı onu vərəqləsəm, geri qayıtsam, oxusam fikirləşirəm ki, mən bununecə yazmışam? Həvəslə yazmışam. Nə qədər çətin olsa da, bir o qədər gözəldir.

-Nəşriyyathər zaman müəlliflərlə bol olur, hamıyla danışırsınız, hamının suallarına cavabverirsiniz, heç kəslə gizli söhbət etmirsiniz, açıq söhbət aparırsınız, bəlkəelə bu səmimi münasibətinizdir sizi sevdirən müəlliflərə?

-Nəyə görə açıq söhbət edirəm? Çünki bütün müəlliflər,ziyalılar hamısı mənim dostlarımdır. Elm adamıyam, gəlib bu səviyyəyə çatmışam.Bir az utanıramda ki, professor deyim. Lakin hər halda bu adı qazanmışam.Mükafatların demək olar ki, hamısını almışam. Təhsil Nazirliyindən də və s... Yəni,mənim üçün bu nəşriyyatda kənar adam yoxdur. Su töküldü qaba, oldu içməli. Bu nəşriyyatada təsadüfi adamlar gəlmir, əksəriyyəti tanınmış şair, yazıçı, elm adamlarıdır.Bizim ətrafımız genişdir, lakin bir məsələ var ki, ziyalılar bir şeydə həmişə çətinlikçəkirlər. Bu ondan ibarətdir ki, çoxları nəşriyyatla mətbəəni ayıra bilmirlər.Respublikada gerçək həyatda ən tez tora düşən, ən tez aldanan ziyalılardır. Bizbunları kənardan müşahidə edirik. Yəni ki, kənar işlə məşğul olan adamlar, busahəyə aid olmayan adamlar bir ziyalının qoluna girib ki, gəl gedək mən səninkitabını çap edim, və ya çapına kömək edim deyəndə təmənna güdürlər. Halbuki,getməmişdən əvvəl filan yerə elə sifariş edir ki, mənim payımı ayırarsan. Bax,bu sistem bizdə yoxdur. Gələn adamlar dostlarımızdır, gətirdiyi insanlar da özlərinəoxşayib. Biz onlara izah veririk ki, nəşriyyat başqa, mətbəə başqadır. Bizrespublikada o müəssisələrdənik ki, bizim adımız nəşriyyat və poliqrafiyadır.Deməli həm nəşriyyat, həm də poliqrafiya, mətbəə statusumuz var.

-Nadirmüəllim, naşirlik işi ilə qürur duya bilirsiz?

-O qədər...Dünyada naşirlərin hamısı tanınmış şəxsiyyətlərdir.Hətta əsrin əvvəllərində Bakıda Orucov qardaşlarının nəşriyyatı olub və bu günəqədər də tarixdə onlar bu nəşriyyatla yaşayırlar – Orucov qardaşları, Orucovqardaşlarının nəşriyyatı. Bilirsiz, naşirlik nədir? Alimin, yazıçının, şairin, əqlimülkiyyətini insanlara çatdırır. Dünyada bundan gözəl şey yoxdur. İnsanlarayalnız sevinc bəxş edirik.

-...Hələdə həvəslisiz, yoxsa bu iş sizi yorub artıq?

- Xeyr, qətiyyən. Əksinə, gündən-günə meyilimartır, sevinirəm. Yenə də deyirəm, insanlar doğulur, ölür. Kitablar doğulur,amma ölmür. Rəflərdə yaşayır, kitabxanalarda yaşayır. Mən həmişə onunla fəxredirəm ki, zamanımız gələr, biz də bu dünyadan köçərik, ancaq mənim istehsaletdiyim, nəşr etdiyim kitablar uzun bir ömür yaşayacaq. Deməli, məni dəyaşadacaq. Hər bir kitabın arxasında mənim adım var.

-Nadirmüəllim hansı müəlliflərlə işləmək sizə daha çox zövq verir?

- İntellektual adamlarla. Xüsusilə elm adamlarıyla.Yaxşı şairlərlə. Mən özüm şeir yazmasam da hər gün mütaliə edirəm. Yaxşı şeirləriçox sevirəm. Yaxşı hekayələri çox sevirəm. Yaxşı romanı çox sevirəm. Siz təsəvvüredin ki, məndən çox kitab oxuyan yoxdur. Hər gün bizim nəşriyyatımızda 3-4kitab doğulur və mütləq aparırıb evdə onu vərəqləyirəm, oxuyuram. Yaxşılığınıda, naqisliyini də qeyd edirəm. Dünyada pis kitab yoxdur, pis naşir var.

-Nəşriyyatsistemində gördüyünüz bu günün problemləri?

-O deyiləsi deyil, gərək heç bu sualı verməyəydiniz.Bilirsizmi, bu gün nəşriyyat işi sahəsində yetərincə problemlər var. ƏvvəlaPoliqrafiya nazirliyi yoxdur, ləğv olunub. Poliqrafiya haqqında verilən qanunöz qüvvəsini itirib. Ona görə də biz başsız qalmışıq. Kimə müraciət edəkproblemlərimizlə, kimlər məşğul olsun? Kimdən kömək istəyək? Heç kim bizə köməketmir. Bu sahədə kimin necə gücü çatırsa, elə də işləyir. Ancaq istənilən birdövlətdə dotasiyalar olmalıdır, yenidən dirçələn, yenidən başlayan nəşriyyatlarakömək lazımdır.

Respublika maşın istehsal eləmir. Biz onları xaricdəngətiririk. Görün gömrük nə boyda qiymətlər istəyir. Respublika kağız, rəng, sərfiyyatmateriallar istehsal eləmir, onların hamısı xaricdən alınır. Kağız xaricdən gətirilir.Gömrükdə müəyyən problemlər yaranır, bu bizdən asılı deyil. Bunlar hamısı bizimüçün problemdir. Yəni, bizə kömək edən bir kəs yoxdur ki, əlimizdən tutsun. Buinkişaf üçün çox çətindir. Təbii ki, bu problemlərin də hamısı deyil, mənonları bir-bir sadalamaq istəmirəm. Bu bizim daxili problemimizdir.

-Azərbaycannəşriyyat sisteminin strukturunu təsvir etmək, vərəq üzərində çəkmək desəydilərsizə, bu strukturu necə təsvir edərdiniz?Siz öz nəşriyyatınızı bu sistemdə hansı yerdə çəkərdiniz?

-Sizəelə gəlməsin ki, mən özümüz haqqında çox yüksək fikirdəyəm. Ancaq əslində belədir.Çünki mən, yenə də təkrar edirəm, elmdən naşirliyə gəlmişəm. Elmi kitablarıniçindən naşirliyə gəlmişəm və fikirləşirəm ki, məndən yaxşı kitabı bilənyoxdur, çünki gecə-gündüz kitabların içindəyəm. Gözümü açandan kitab rəflərigörmüşəm. Başımın üstündə kitab oxunub - "Quran”. "Quran-Kərim”ə də kitabdeyilib. Allah sevimli peyğəmbərlərinə Kitab bağışlayıb. "Koroğlu”, "Qaçaq Nəbi” dastanı ilə böyümüşəm.Kitablara müqəddəs baxıram. Bu günkü nəsildən fərqli olaraq, biz gözümüzü ancaqkitabla açmışıq, kitabla da dünyanı görürük. Bu gün də şükürlər olsun ki, mənkitabla yaşayıram. Kitablar yazı masamın üstündə qalaqladır, onları canlı hissedirəm.

Düzdür,ola bilər ki, texnoloji baxımdan hansısa iri müəssisələrdən geri qalaq, buaydın məsələdir. Ayaqlaşmaq çətindir, maddi cəhətdən. Ancaq, kitab sənayesində,kitab sahəsində, kitab texnologiyasında, özümü ən yüksəklərdən biri görürəm.Çünki mənim duyduğum qədər kitabı, vərəqlərin ahəngini heç kim hiss edə bilməz.Naşirlər ancaq onu çap edirlər. Ancaq kitabda canlı bir ünsiyyət var, tutaq ki,kitabla təmasda olursan, barmaqların təması, lamisə duğular var... vərəqlərətoxunursan. Bu məndə platonik əhval-ruhiyyə yaradır.

-Nadirmüəllim üçün əsl naşir kimdir?

-Düzdür, naşirlər haqqında bir qanun var ki, guyanaşirlər istehsala başlayıb, ona pul qoyub və s. gətirib ərsəyə çatdıranadamlara deyilir. Yəni, birinci növbədə maddiyyatı nəzərdə tuturlar ki, kitabı ərsəyəgətirib, meydana çıxarıb. Mən isə belə düşünmürəm. Naşir birinci növbədəkitabı, onun içinin məzmununu duyan və son nəticədə bunu həvəslə çap edən,ortaya, ərsəyə gətirəndir. Məncə maddiyyat naşirliyə aid deyil. Biz kitabın gözəlliyindəndanışırıq. Kitabın içinin məzmunundan danışırıq. Naşir o adamdır ki, yəni dövlətçiliyimiziqorusun, vətənimizi qorusun, çətinliklə qazandığımız azadlığımızı qorusun. Özçap etdiyi kitablarda heç vaxt yanlışlıqlara imkan verməsin. Hansısa bir dələduz,yaddaşı zəif olan adam yaddan çıxarmasın ki, bizim dövlətçiliyimiz vur-tut cəmi28 ildir. Bundan qabaq 23 ayı çıxmaq şərti ilə. Bunları mütləq nəzərə alsın.Kitabın içində hər hansı bir naqis fikrin getməsinə imkan verməsin. Vətənə sədaqətli olsun, onunla nəfəs alsın!

-Kitabahörmət sizcə əvvəlki kimidir?

-Düzdür, kifayət qədər şikayət edənlər var ki,kitab oxumurlar və s. Mən isə elə deməzdim. Hər kitabın özünün oxucusu var.Tutaq ki, bəziləri düşünür ki, kitablar oxunmur, kimə lazımdır və yaxud, başqaları – yüksəkelita kitab oxumur. Yanlış fikirlərdir. Səməd Vurğun məşhur bir şeirində deyirki, şeiri elə yazmaq lazımdır ki, çoban da onu başa düşsün. Elmi kitabı qoy elmadamları başa düşsün, ondan qidalansınlar. Gözəl şeirlər vasitəsilə poeziyayasevgi yaranar və s. Ümumiyyətlə, keyfiyyətli yazmaq gərəkdir. Dili, üslubuqorumaq lazımdır, dilin qol qanadını qırmaq olmaz. Birinci növbədə dilin,orfoqrafiyanın qanunlarını bilmək lazımdır. Hər kəs özünün orfoqrafiyasınıyaratmamalıdır.

-Sizinnəşriyyatınız və mətbəəniz var, təbii ki bunu yaratmaq asanlıqla başa gəlmir,bunun üçün nələrisə qurban vermisiz?

-. Bəlkə bunu demək düzgün deyil, yaxud lazım deyil, ancaq qoy deyim siz biləsiz ki,heç bir şey elə-belə başa gəlmir. Biz Azərbaycanda ilk özəl nəşriyyatlardanbiriyik. Bəlkə də birincisiyik. O vaxtı biz fəaliyyətə başlayanda respublikadahələ ki, dövlət nəşriyyatları mövcud idi. Sırf təsadüf. Mən SSRİ Elmlər Akademiyasınatəkmilləşməyə gedəndə Moskvada "1905-ci il”adlı bir metro stansiyasınınyanından keçirdim. Hər gün burada qoltuğunda kağız, qələm, cürbəcür,konstruksiyalar olan uşaqların texniki peşə məktəbinə getdiklərinin şahidiolurdum. Bir gün soruşdum ki, hara gedirlər belə? Dedilər ki, bəs burdaPoliqrafiya deyilən bir texniki peşə məktəbi var. Məndə də bu işə böyük həvəsvar idi. Yəni, nəyə görə həvəs yaranmışdı, sizə deyim də. O zaman mənim birkitabım nəşr olunmuşdu. Söhbət 1991-ci ildən gedir. Baxdım "Maarif” nəşriyyatındaişıq üzü görən kitab poliqrafik cəhətdən o qədər yararsızdır ki, özüm özümdən xəcalətçəkdim, utandım. Axı mən bu elmi kitabı8-9 ilə yazmışdım. Hər bir cümləsinin üstündə əsirdim. Ancaq nəşr olunanda xəcalətçəkdim. Üzü nə gündə, rəngi nə gündə. Rənglər axır, gedir. Ha fikirləşdim, axıbu kağız, bu rəng, bu çap maşını. Niyə axı xarici, əcnəbi bunu yüksək səviyyədəçap edə bilir, ancaq bu bizdə alınmır? Bax mən Moskvada olarkən maraq məniapardı: gedim həmən texniki peşə məktəbində qulaq asım dərslərə. Bilmirəm siz ovaxt bilirsiz ya yox, Beysik deyilen kompüter proqramı təzə çıxmışdı. Kompüterdəndərs keçirdilər, tədris edilirdi. Mətn hazır olandan sonra, pilyonkanın üzünə,sonra dəmir təbəqələrə köçürülür və çap edilirdi və s. Mən bu prosesləritexnoloji cəhətdən görürdüm və fikirləşirdim ki, nə üçün bu sərfiyyat materiallarıbizdə ola-ola nə üçün Moskvada yaxşı çıxsın, bizdə pis. O fikirnən Bakıya –evimə dönəndən sonra, yenə də deyirəm deməyə bilərdim, amma qoy deyim böyük birrisk etdim. Nə? Maşınımı satdım, 4 otaqlı evimi satdım, qayıtdım gəldim atamevinə. O pulları verdim yeni avadanlıqlara. O vaxt SSRİ artıq dağılmışdı. Avadanlıqlarıxaricdən ölkəyə gətirirdilər. Böyük risk edib, bu pulları verdim avadanlıqlara.Məni də dirçəldən əslində dostlarım olub. Nəyə görə? Əvvəla, yazdıqları əsərlərinəlyazmasını oxuyub, onları böyük həvəslə redaktə edirdim. Hazırlayırdım,kitablarını çap edirdim. Bütün bu işlərin müqabilində heç kimdən məvacibummurdum. Yəni, ancaq kitabın çapından sonra gördüyüm işə görə maddiyyatalırdım. Böyük bir risk etdim. Riskim uğurlu alındı ki, sonra ardınca başqamaşınlar aldım, belə, belə inkişaf edib, gəlib bu günə çatdıq. Buna görə dəAllahıma çox şükürlər olsun.

-Nəşriyyatdasizi əvəz edən, sizin yerinizə qərar verən ikinci adam olurmu?

-İdarəçilik baxımından yoxdur, lakin texnikanı mənimsəməkbaxımından əvəzolunmazdırlar. Hətta işlədikləri çap maşınlarını özləri təmiredirlər. Kənardan biz təmirə adam gətirmirik. Bu böyük göstəricidir. Öz çapmaşınlarını bütün xırdalıqlarına qədər bilirlər. Amma bəzi işləri görəndə işçilərləməsləhət də edirəm. İşçilər o qədər peşəkardırlar ki, sifarişin formatını deyəndəo, dərhal işini başa düşür. Mən çox sevinirəm ki, universitetlərin birindəprofessoram, nitq mədəniyyətini tədris edirəm. Fikirləşirəm ki, çox yaxşı olar,kimsə məni əvəz edər, mən də asudə öz işimlə məşğul olum. Səhər əvəzimə işəgötürdüyüm adam gündüz saatlarında mənə zəng vurur ki, bağışlayın, bacarmadım,tövbə edirəm, bir də bu işə qayıtmayacağam. Kitab istehsal etmək düşündüyünüz qədərasan iş deyil.

-Nadirmüəllim, siz özünüz də Azərbaycan özəl nəşriyyat sistemində öz nəşriyyatınızıyaratmaqla yeni bir səhifə açmısız və bu sistemdə sizin yaratdığınız nəşriyyatınöz yeri var. Sualım budur ki, bu sistemdə öz çəkisi olan digər nəşriyyatlarla əməkdaşlıqedirsiz?

- Xeyr, qətiyyən, bazar iqtisadiyyatında rəqibik.Necə əməkdaşlıq edə bilərik? Biz ancaq sərfiyyat mallarını eyni yerdən ala bilərik,ancaq əməkdaşlıq yox.

-Deməli,nəşriyyatlar arasında koordinasiya yoxdur?

- Xeyr, yoxdur. Ola da bilməz. Çünki, bu biznesinqanunlarıdır. Hətta, xaricdə biznesin qanunlarına görə kitabın texniki göstəricilərində- sonunda tiraj yazılmır. Düzdür, bizdə açıq-aydın yazılır. 1000 tiraj, 2000tiraj. Ancaq xaricdə belə sistem yoxdur. Biznesin qanunlarıdır, heç kim heç kiməsirrini deyə bilməz. Əgər sən kitabı almaq istəyirsənsə, müvafiq yerə müraciətedib ordan ala bilərsən. Bunun üçün müəyyən strukturlar var. Düzdür, bizdə mətbəəilə nəşriyyat arasında sistem qırılıb. Respublikada insanlara ən çox ziyanvuran nəşriyyatlardır. Əgər respublikada 3 faiz, 4 faiz mətbəə varsa, 96 faiz nəşriyyatvar. Nəşriyyatların da qanunları belədir, yəni, müəllifin kitabını götürübyığmalı, nəşrə hazırlamalı, redaktə etməli, dizayn, kitaba ümumi bir quruluş vəmüəllifə qonarar verməli, eyni zamandakitabın satışını təşkil etməlidir. Ancaq bizdə belə deyil. Bizdə nəşriyyatlar mətbəələrləinsanlar arasında broker rolunu oynayırlar. İngilis sözü broker bizim dilimizdə"dəllal” deməkdir. Onlar heç vaxt mətbəənin ünvanını demirlər. Buraxdığıkitablarda da nəşriyyatın ünvanını yazırlar. Axı bir adam ondan soruşmur ki, nəşriyyatkitab çap edə bilər? Mən oturumuşam otaqda, 3 kompüterim var. Nəşriyyat sistemiqurmuşam və burda insanları qəbul edirik. Kitabları səhifələyirik,hazirlayırıq. Biz necə kitab çap edə bilərik? Heç cür... Demək bunu nəşriyyatprosesindən sonra mətbəəyə ötürmək lazımdır ki, çap olunsun. Sovet dövründənqalma humanist bir ənənəni məhv etdilər. Sovet dövründə çap edilən kitablarınsonunda 6-lıq, 7-lik kiçik, petit şriftlərlə yazırdı: "26-lar mətbəəsi”ndə çapedilmişdir, "3 saylı mətbəə”də çap edilmişdir. Ancaq irəlidə kitab açılan kimiböyük hərflərlə "Maarif” nəşriyyatı, "Azərnəşr”, "Gənclik” yazılırdı. Nəşriyyatlarheç bir zaman kitab çap etməyiblər. Mümkün deyil axı, balaca bir otaqda,kompüter yığımı olan otaqda mətbəə kimi kitab çap edilsin. Bu ənənə keçibbrokerliyə. Bu da öz növbəsində böyük fəsadlara gətirib çıxarır. Ona görə dənaşir, nəşriyyatın direktoru sifarişçidən mətbəənin ünvanını gizlədir,brokerlik edir, bu da qiymətə təsir edir. Tutaq ki, 200 manata başa gələcək birkitab 400 manat civarında olur, qiymət süni surətdə qalxır. Bu da kitabmağazalarına təsirsiz ötüşmür.

-Hansı naşir dostlarınız var?

- Hamısı mənim dostlarımdır. Lakin görüşəndə nəşriyyatişlərindən yox, dost kimi danışırıq. Hamısı ilə gözəl münasibətləri qoruyubsaxlayıram. Biz telefonla əlaqə saxlayırıq, hal-əhval soruşuruq - bircə işdən başqa. Çünki nəşriyyat özüstrateji bir sahədir. Burda hər şeydən danışmaq olmaz.

-Sizinüçün yaxşı kitab nədir? Mövzusu, tərtibatı, qiyməti, yoxsa tirajı?

- Əlbəttə mövzusu. Məni heç bir şey maraqlandırmır.Ara-sıra özüm gedirəm kitab mağazalarına. Hərçənd ki, mənim nə qədər dostlarımvar, bayaq dedim ki, naşirlər hamımız bir-birimizi tanıyırıq. Heç vaxt telefonugötürüb zəng vurmaram ki, filankəs qardaş, sənin nəşriyyatında belə bir kitabçıxıb, bağışla mənə. Heç bir vaxt bu ifadəni işlətməmişəm. Mənim üçün bu çoxaşağılayıcı sualdır. Əgər istəyirəmsə, "könlü balıq istəyən...” gedirəm, zəhmətçəkirəm mağazaya, bizdə tanınan kitab mağazaları var, birində olmursa, mütləq obirisində olur. Axır tapıb alıram.

-Nadirmüəllimin həyatda dostları kimdir?

-Birinci növbədə övladlarım.

-Elektron nəşrlər, yoxsa çap kitabları? Hansına daha çox üstünlük verirsiniz?

- Bu bizim yaralı yerimizdir. Elektron nəşrləri...Məşhur bir ifadə var, oxuyur Səlyanski, sözləri Səlyanski, musiqisi Səlyanski.Elektron kitabların müəllifləri özləri yazır, elə özləri oxuyur, virtual aləmdəbir-birilə didişir, o buna ötürür, bu ona ötürür. Siz baxın o kitablar nə gündədir.Nə redaktəsi, nə korrekrurası var, başı pozuq. Hələ mən demirəm ki, geniş oxucukütləsi bunu oxumur. İstənilən varvarizmdən istifadə edirlər, istənilən söyüşformatından istifadə edirlər. Həmin kitablarda nə istəyirsən yazırlar. Kitabınbir qayəsi olar, kitab nə üçündür? Kitab bir mədəniyyətdir. Oxuyursan, öyrənirsən,başqasının təcrübəsini öyrənirsən. Ancaq bunlar üçün burda çox sərbəstlik var.Bir kitabın ki, redaktoru olmaya. Bir kitabın ki, korrektoru olmaya, özümyazım, özüm oxuyum, dostuma verim o oxuyur... Bu nə deməkdir? Kitabın gözəlliyiniduymayıb, dizayn etməyib, və ya barmaqlarınla o vərəqlərə toxunub xışıltısınıeşitməyəsən, bəli bunlarsız kitabın nə duyğusu?Bunlar elə bil ki, daş-divar. O yazılar mənim üçün çılpaq bir hərflərdir.O sözlərdə də istilik görmürəm. İstiliyi kitabda görürəm. Hər kitabın üzünəbaxanda öz düşüncəm olur.

-Azərbaycandabu gün geniş oxucu kütləsi var? Varsa hansı mövzular, hansı müəlliflər daha çoxoxunur, yoxdursa, səbəb?

-Maraqlıdır ki, yeni nəsil yazıçılar, yetişir, ammadeyirlər ki, yoxdu... Əksinə, elə gözəl yazıçılar, elə gözəl şairlər var ki.Sovet dövründən qalma ənənədir. Məsələn, "Şamo” çox gözəl romandır. Baxmayaraqki, sosializm quruluşuyla bağlıdır. Amma yenə də oxuyuram, doymuram, heyranamsözün gözəlliyinə. Sözlər necə hamar yazılıb, yazıçı necə tapıb bu sözləri. Məsələn,tabesiz mürəkkəb cümləni elə qoşur bir-birinə, elə bilirsən ki, sadə cümlələroxuyursan. O qədər gözəldir ..., mübtəda ilə başlayıb xəbərlə bitənə kimiortada ikinci dərəcəli üzvlərin çox olmasından aslı olmayaraq, əvvəlindənbaşlayıb cümlənin sonuna kimi hər şey sənə aydın olur. İndi cavan nəsilyetişir, çox yüksək səviyyədə şeirlər yazılır. Sistemə bələdik: dünya ədəbiyyatıklassikləri bunların üzünə açıqdır. Oxuyurlar, qidalanırlar, fikri tuturlar.Yaxşı istedadı olan adam təbii ki bunu şeirə köçürə bilir. Yenə də deyrəm,indiki dövrdə sovet dövründən fərqli tərifəlayiq, məsələn, ötən əsrin 60-cılar,70-cilərindən fərqli yeni bir nəsil yetişir.90-cılar, 2000-cilər yeni bir nəsildir, tamam yeni bir ruhluinsanlardır, yeni ruhlu gənclərdir, Düzdür, bəzən onları qəbul etmirlər. Onlarhaqqında "açıq-saçıq yazırlar” və s. umu-küsülər olur. Bu da onların birüslubudur, bir yoludur. Belə düşünür ki,belə yazmalıdır. Bu sovet dövründəki kimi insanların ağzını yummaq düzgündeyil. Sən belə danışma, belə demə. İnsanlara sərbəstlik ver, görək nə danışır,nə demək istəyirlər. Məsələn, mən sizə maraqlı bir şey deyim, 90-cı illərin əvvəllərindəxarici sosioloqların nümayəndələri Bakıya gəlirdilər. Nə istəyirdilər? Məsələngəlirdilər nəşriyyatları qapı-qapı gəzirdilər,soruşurdular ki, görün kimin oxumadığı, zay bir şeir kitab varsa, satınalırıq. Hətta deyim sizə baha qiymətə alırdılar. Məsələn, elə şeir yazan varki, heç vaxt bir kitab üzü açmayıb, təbi gəlib yazıb, özünü şair sayıb, məsələn,gödəkçəsinin başlığını qaldırır göyə ki, artıq bu şairdir, yolda gedə-gedədanışır, özü haqqında yüksək düşüncədə olur, özü üçün, və ya ailəsi üçün birşeir yazıb, kitab çap etdirib. Onlar isə məhz bu kitabları baha qiymətəalırlar. Bir dəfə mən ondan soruşdum ki, o qədər yaaxşı kitablar var, siz bu kitabları nə edirsiz?Dedi ki, biz əksər adamlarla danışanda öz cəmiyyəti haqqında, özü haqqında, hərşey haqqında yaxşı olmasını deyir. Hər şey qaydasındadır. Bizdə sovet dövründəolduğu kimi, heç vaxt problem olmur, narkoman yoxdur, residivist yoxdur. Hamısıziyalıdır və s. Deyir biz isə bu kitabları toplayıb adi adamların fikrini öyrənirik:bunlar nə istəyirlər? Bunu məsələn, Səməd Vurğun yazsaydı, tamam başqa cüryazardı, və ya Vaqif Səmədoğlu yazsaydı tamam başqa cür yazardı. Deməli, bu istəyirki, adi adamın fikrini öyrənsin. Siz nə yazırsız? Siz nə istəyirsiz? Bax, bukitablardan bunu öyrənirik.

-Kitabyayımı ilə bağlı sizə suallar vermək istəyirəm, sizcə Azərbaycanda müstəqillikillərində kitab marketinqi yarana bilibmi?

- Xeyr, çox təəssüf ki, yaranmadı. Heç nə səbəbsizdeyil. Məsələn, əyalətdə kitab dükanları yoxdur, insanlar kimi kitab mağazalarımərkəzdə cəmləşiblər. Bu mağazalar isəkirayə haqqının baha olduğu şəhərin mərkəzində yerləşdikləri üçün kitablar həddindənartıq bahadır. Kitab yayımı ilə məşğul olanlar var, lakin böyük problemlərləüzləşirlər. Dövlət, Heydər Əliyev Fondu çox böyük jest elədi, şəhərin düz mərkəzindəbir kitab evi açdı, bu çox böyük göstəricidir. Dövlətin kitaba qayğısı hər ölkədəyoxdur, siz biləsiniz. Hətta görürsüz orda kitab təqdimatları keçirilir, bu işlərinsanların vəziyyətini bir qədər yüngülləşdirir. Doğrudur, bu tədbir daha daartsa, başqa yerlərdə də belə mərkəzlər açılsa oxuculara xeyli kömək olar.

-Kitabyayımını, kitabın təbliğini həyata keçirmək üçün hansı işlər görülməlidir?

- Birinci növbədə kitab yayımı ilə bağlı bir jurnalburaxılmalıdır, kataloq nəşr edilməlidir. Oxucu abunə olmalıdır.Tanış olmalıdırki, hansı kitablar var və harda var? Zəngvururlar nəşriyyata ki, məsələn, sizdə 2008-ci ildə belə bir kitab çıxıb, onuaxtarıram, necə əldə edə bilərik? Çünki 2008-ci ildə məsələn, bir şəxs gəlibbizdə kitab çap edib, biz də bütün nəşrləri götürüb ona vermişik. Biz kitabınçapına qədər cavabdehik. Tutaq ki, müəyyən bir topdansatış kitab mağazası olsa, aparıb ora təhvil verəbilərsən. Bu yaxınlarda İsveçrədə idim. Baxın görün kolxoz quruculuğu ordaqalır. İnsanlar mehribancasına əkir, becərir. Nəyə görə misal çəkdim? Deyəcəmsizə. Sonda bir başqa müəssisə, dövlət müəssisəsi gəlir onların məhsulunu alırvə tamamilə də maddi cəhətdən onları ödəyir, lazımi qaydada. Əlbəttə, fermerartıq maraqlıdır ki, gələn il bundan da artıq məhsul versin. Onun məhsulu zayolmur, pambığı məhv olmur, üzümü xarab olmur. Alıcı var. Bəli, alıcı var. Dövlətonu hazır olan kimi alır və özü də satır. Onun məhsulunun satılması üçünbaşının üstündə dayanan adam var. Fermer əziyyət çəkmir. Məsələn, ölkəmizdəsoğan əkirlər, soğan əkən deyir ki, soğanı heç əkməyə deyməz. Eynilə kitab da.Bütün yazarlar kitab çap edir, öz cibinin puluna. Sifariş əsasında kitabı çap edirik. Kitablar qalır müəllifin əlində.Sonra da mənə zəng edib soruşur ki, biz bunu necə sata bilərik? Bax bu böyükbir problemə çevrilir. Hara versin çap etdiyi kitabları satmağa? İkinci problemnədir? Aparıb tutaq ki, kitab mağazalarından birinə verib satmağa. Kitabmağazası icarəyə götürüb axı yeri. Kitabın qiyməti 5 manatdırsa, kitabmağazasının sahibi bunu 15 manata satır. Halbuki, kitabın maya dəyəri manatyarımdır. Bu qoy, çap edən müəllifə redaktəsi, yığımı və s. ilə bütövlükdə başagəlsin 5 manata. Daha belə kitabı mağazada 15 manata satmazlar... Mən buyaxınlarda Azərbaycan dilinin tarixi ilə bağlı kitab axtarırdım. Müəllifinə zəngvurdum, dedi ki, mən bağışlayaram. Dedim bağışlamaq yox, sənə də xeyrim dəysin,əziyyət çəkmisən, kitab yazıb çap etdirmisən. Getdim kitabı Ədəbiyyat muzeyininyaxınlığındakı kitab mağazasından aldım. Müəllifin özünə də təşəkkür etdim ki,aldım kitabı. Müəllif məndən sonruşdu ki, neçəyə almısan kitabı? Dedim 17manata. Deyir, məndən o kitabı satışüçün 6 manata almışdılar. Görürsüz, nə qədər fərq var? 17 manat, təsəvvüredirsiz? Bu nə boyda fərqdir?

Ancaq yayım üçün təşkilatı qaydada bir mərkəzolmalıdır. Oxucular da ordan istifadə etməlidirlər.

-Sizcəmarketinq sahəsində kimlər işlər görməlidir? Bu sahəni inkişaf etdirmək üçünkimlərin üzərinə vəzifə düşür?

- Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyatişi kafedrası fəaliyyət göstərir. Bu sahə üzrə kifayət qədər təhsil alan tələbələrvar. Mən arzu edirəm ki, marketinq nəzəriyyəsini daha dərindən öyrənsinlər.Sonra istənilən nəşriyyatın funksiyasını öyrənib matketinqlə məşğul ola bilsinlər.

-Nəşriyyatlardabu şöbələrə ehtiyac varsa, niyə yaradılmır?

- Nəşriyyatların əksəriyyətində bu şöbələr var,lakin sadəcə bu sahəni bilən adamlar yoxdur.

-Kitabıçap edəndən sonra satışı və təbliği ilə məşğul olursuz? Yoxsa bu çap edən müəllifinüzərində qalır?

- Biz kitabın çap mərhələsinə kimi məsuliyyətdaşıyırıq. Çapdan sonra kitabın taleyi necə olacaq? - deyə bilmirik.

-Məcburi nüsxələrhaqqında danışmaq istəyirəm, hamı məcburi nüsxəni kitabxanalara təqdim edir?

-Məcburi nüsxə anlayışı artıq gündəmə gəlməlidir.Mütləq bu məsələ haqqında qanunda dəyişiklik olmalıdır. Kitabı gedib öz pulumaçap edirəm, sonra da mütləq aparıb bu kitabları kitabxanalara pulsuzpaylamalıyam? Halbuku müəllif onu öz cibinin pulu ilə çap edir. Əsas məsələlərdənbiri də budur ki, ziyalıların o qədər pulu yoxdur böyük tirajlarla kitab çapetsinlər. Güclə, 100-150 nüsxə çap edir, öz ehtiyaclarını ödəmək üçün, əksinəbu nəşriyyat qanunu göstərir ki, filan qədər nüsxəni məcburi aparıbkitabxanalara paylamalısan. Bu sosializmdən qalma bir ənənədir. Çünki, onda xərcidövlət çəkirdi. Ona görə də kitabxanalara məcburi verilməsi tələb edilirdi. Təbii,dövlət versə pulu, çəksə xərci, tələb etməyə haqqı var. Yoxsa, bazarstrukturunda fərdi müəlliflərdən bunu tələb etmək düzgün deyil. Vergi ödəyicisindənsən zorla kitab alasan, bu düzgün deyil. Bunun üçün dövlət kitabxanaya kifayətqədər pul ayırıb. Yəni kitabxanaçılar da bunu bilsinlər. Onlar hər kitabıalmalı deyillər. Onlara lazım olan kitabları almalıdırlar. Kitabxananınfondu lazımsız kitablarla niyə doldurulmalıdır? Nə çap oldu, 4 nüsxə ver bizə.Bu bizə lazım deyil. Bu bizim tariximizə lazım deyil. O kitab gərək kitabxananınfondunu zənginləşdirsin ki, bizim dövlətçiliyimiz üçün, bu günümüz üçün, gələcəyimizüçün, sabahlarımız üçün, intellektimiz üçün lazımdır.

-Nadirmüəllim hansı mövzularda kitab çap edir? Hansı mövzularda isə çap etmir?

- Bizim nəşriyyat birinci növbədə elmi kitablar vəbədii kitablar çap edir. Bir şərtlə ki, bu kitabların arxasında dövlətçilikdurmalıdır. İstənilən bir kitabda. Birinci növbədə onu qorumaq lazımdır ki, budövlətçiliyimizi güclə qazanmışıq. Onun əleyhinə, yarıtmaz kitablar buraxmaqolmaz. Kitab çap edilməmişdən əvvəl mütləqşəkildə şəxsən mən kitabın süjeti, məzmunu ilə tanış oluram. Bilirsiniz də,kitab nə qədər ideoloji bir sahədir. İstənilən ictimai bir fikirə təsir edə bilər.İctimai fikiri də qorumaq lazımdır. Yəni, əslində bu çap edilən kitabı hörmətəmindirmək lazımdır.

-"Hamıkitab çap edir” – sözünü bu gün üçün şamil edə bilərik?

- Mən belə hesab edirəm ki, insan öz şəxsiyyətinəhörmət etməlidir. Tutaq ki, bu gün rəngi qurumadan əlyazmasını götürüb aparırki, gedim çap edim, bu düzgün deyil. Dünən mən televizorda bir verilişə qulaqasırdım. Məsələn, cavan bir şair idi. Deyir ki, əvvəlcə mən bir kitab oxudum.Şeir xoşuma gəldi, səhər başladım özüm yazmağa, mən ondan əskik deyiləm ki...Hərkəs öz qələminə hörmət etməlidir. Bilirsiz də dəsti-xətt deyilən bir anlayışvar. Üslub deyilən bir anlayış var. İnsanları yazmaq üslubundan tanımaqlazımdır. Yazmaq manerasından tanımaq lazımdır. Bu filankəsin yazısıdır.Yoxsa...bu düzgün deyil, birinin kitabını oxuyub, səhər mən də kitab yazım...

-Sizcəkitab çapına nəzarət edəcək bir qrumun yaradılması vaxtı gəlib çatıbmı?

- Qətiyyən, mən onun əleyhinəyəm. Biz o nəzarətsistemini görmüşük. Bunu olmaz, onu olmaz. Normal şəkildə insanları düşünməyəimkan vermirdilər. Hətta üstündən xeyli müddət keçib, bilmirəm həmən şəxslərsağdır, yoxsa yox? Poliqrafiya Nazirliyinin nəzdində nəşriyyatların lisenziyaalması və s. xüsusi bir şöbə yaradılmışdı. Biz onun dadını gördük. Siz təsəvvüredin ki, nəşriyyatı qeydiyyatdan keçirmək üçün ən azı filan qədər rüşvət verməliidin. Yəni bizim artıq gözümüz qorxub. 100 faiz bilirəm ki, bu gün yeni birstruktur yaradılsa, o bizi ancaq əzməklə məşğul olacaq.

-Nadirmüəllim, danılmaz faktdır ki, bu gün keyfiyyətsiz kitablar da çap olunur.Kitabların keyfiyyətsiz çap olunmaması üçün başlıca olaraq qoruyursuz nəşrprinsiplərini. Bu prinsiplərə məsuliyyət daşımayan nəşriyyatlar da var. Bəlkəbunun üçün belə bir qrupumun yaradılması vacibdir və ya gərəklidir?

- Mən axı dedim ki, pis kitab yoxdur, pis naşirvar. Nəşriyyat nə qədər strateji sahədirsə demək onun başında duranadamlar...bax bu qorxuludur. Hər kəs yerində olmalıdır. Qabilin şeirindədeyildiyi kimi "Səhv düşəndə yerimiz”. O yerə səhv düşəndə, tutaq ki, maddiimkanı var gedib avadanlıq alıb, gəlib quraşdırıb, çap edir, ağına-bozunabaxmadan... bu başqa məsələ. Nə istəsən çap edir, maddiyyata vurulub.

-Piratçılığınqarşısını almaq üçün bu vasitə ola bilər?

-Respublikada ən yaralı yerimiz piratçılıqdır.Düzdür, deməzdim ki, hər çap olunan kitabın başına gəlir bu hadisə...Sizbilirsiz hansı kitablardan söhbət gedir. Məsələn, BDU-nun Filologiya fakültəsininmüəyyən dərslikləri var. Vaxtilə Muxtar Hüseynzadənin, Səlim Cəfərovun, ƏliSultanlının və başqalarının kitabları bunlar kütləvi tirajla dövlət tərəfindənkiril qrafikası ilə çap edilib, latın qrafikası ilə onların işıq üzü görməsivacibdir. Bax, piratçılıq buradan qaynaqlanır. Bu kitabların təkrar nəşrinəböyük ehtiyac var. Prezident Cənab İlham Əliyevin sərəncamı ilə bütün ali məktəblərdə"Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunur. Lakin dərslikyoxdur. Bu tip kitablar dövlət tərəfindən maliyyələşdirilmir, təhsil nazirliyitender elan edib bu kitabları nəşr etmir. Bəzi alimlərimiz bu dərsliyi yazır,öz hesabına 100-200 ədəd çap etdirir. Bəli, gələn il kitab yoxdur, artıq müəllimöz vəsaiti ilə satışa da çıxara bilmir, piratçılar onu, dəyərindən də aşağıqiymətə keyfiyyətsiz kağızda, keyfiyyətsiz boyada çap edirlər. Həmin nəşrlərinsan səhhəti üçün çox təhlükəlidir. Keyfiyyətsiz boyalarla uşaq necə dərsoxuyur? Barmağını dilinə vurur, vərəqləyir, içində də keyfiyyətsiz, qorxuluboyalar, görün bu nə demekdir. Ziyan, xəstəlikdir bunların hamısı. Kütləvitiraj olmayan kitabların piratları tapılır. Yəqin ki, təhsillə bağlı bütün sahələrdəbelə piratçılıq var.

-Nəşriyyatişinin inkişafı üçün təklif və tövsiyələriniz...

-Birinci növbədə İSBN-nin alınması məsələsi. İSBN neçəyədir? Bir nömrəsi 25 manat. Bu, dünyadagörünməmiş bir qiymətdir. Mən təklif edirəm ki, İSBN-ni almaq üçün Millikitabxana bunu pulsuz təşkil etsin. Biz də ona əvəzində kitab verək. Əbülfəz müəllimbir dəfə biz naşirləri bir araya toplamışdı. Özü də orda etiraf etdi ki, bəli,bu Xəzər univeristetinin əlindədir İSBN vermək, ona görə biz məcbur oluruqdaxili İSBN yaradaq. Hələ mən alınması üçün yaranan çətinlikləri demirəm. Oraget, bura get. Müəyyən mərhələlərdən keçib sonra da 25 manat ödəmək. Mexanizmyaratmaq olardı ki, M.F.Axundov adına Milli Kitabxana bunu öz üzərinə götürsün,bizə İSBN versin, biz də ona əvəzində kitab verək. Tutaq ki, 20 kitaba 1 İSBNversin.

- Nadir müəllimsuallarımın içində hansı sualı eşitmək istəyirdiz mən o sualı vermədim sizə?

-Niyə sizdə qiymətlərxeyli ucuzdur? Demədiz mənə... sualını eşitmək istəyərdim.

- Gəlin busualı da cavablandıraq.

-Əvvəla, bunun başlıca səbəbi: nəşriyyatın və mətbəəninbinası, icarə deyildir, şəxsi mülkiyyətimdir.Avadanlıqlar özümüzünküdür. İkinci, "Allahdan başqa şərikimiz yoxdur”. Üçüncü,elm adamıyam, elm adamlarının içərisindəyəm və onların bütün problemlərinidaxildən bilirəm. Sevinclərinə şərikəm, onların kitab çap etmək üçün nə qədər əzabçəkdiyinin canlı şahidiyəm və ona görə də həmişə fikirləşmişəm ki, bu işi kimsəgörməlidir. Bu missiyanı kimsə öz üzərinə götürməlidir ki, bu adamlara kömək edək.Bu adamları vəziyyətdən çıxaraq. Keçid dövrü deyin, nə istəyirsiz adlandırın,doğrudan da çətindir, müəllimlərin maaşı çox aşağıdır. Kitabı da çap edən kimlərdir?Bax, bu insanlardır. Allah tərəfindən mən göndərilmişəm. Mən də bu vəzifəni özüzərimə götürmüşəm ki, nə qədər bacarıramsa bu insanlarla xoş rəftar edim, qiymətləriaşağı edim, baxmayaraq ki, kağız bahadır hətta, digər problemlər də var. Ancaqistənilən halda başqa nəşriyyatlarla müqayisədə... lap elə eyni sifarişi edibgörə bilərsiz. Görəcəksiniz ki, nə qədər fərq var. Hərdən zarafatyana mənə HacıZeynalabidin Tağıyev də deyirlər. Messinatlıq edirəm. Mən də nə qədərbacarıramsa insanlara kömək edəcəm.

Müsahibəni apardı

Leyla ABASOVA

Tarix üzrə fəlsəfə doktoru

Bakı Dövlət Universitetinin

Kitabşünaslıq və nəşriyyat işi

kafedrasının müəllimi