Nervləniyorum - Şəbnəm Karslı yazır
Dünən Amerikada yaşayan dostumla yazışırdım, iki dəfə mənə "Shabnam" yazdı. Soruşuram, niyə Şəbnəm yazmırsan, ikimiz də Azərbaycanlıyıq, sən ki adımın doğru yazılışını bilirsən. Deyir, uzun illər burada yaşayıram, ingiliscə rahatdır...
7 ildir Türkiyədə ərdə olan qadın mənimlə Anadolu türkçəsində danışır, belə daha rahatdır, deyir. 'Kendimi daha iyi ifade edebiliyorum'...
Universiteti bitirdikdən sonra Rusiyada yaşayan azərbaycanlı ilə ailə quran, bütün çevrəsi həmvətənlərimiz olan qadın "салам, нечясян, Шабнам" mesajı atıb.
20 il Azərbaycanda yaşayan biri qısa müddət İranda təhsil alıb gəlir və ağzını farsi ləhcəyə uyğunlaşdırır, elə bilərsən, farsdır, dilimizi təzə-təzə öyrənir.
Bu nə bəladır, nə əziklikdir, nə dərddir? 'Anamın kitabı' əsərinin daha da dərinləşmiş bir vəziyyətinə gəlib çatmışıq. Desəm ki, dilimiz çətindir, yox. Necə olur ki diplomatlar bir iki ilə dilimizdə az da olsa danışmağı öyrənə bilirlər? Orhan sadəcə 3 ilə elə təmiz danışırdı ki, taksi şoferinin haralısan sualına, Şəkili demişdi və o da inanmışdı. Bircə biz öz dilimizi hafizəmizdə tutmağa çətinlik çəkirik.
Nervləniyorum
Digər Xəbərlər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

