Bu ölkədə kişi qıtlığına belə çarə tapdılar - "Saatlıq ər" xidməti
Latviyada kişilərin sayının azalması subay və gənc qadınlar üçün partnyor tapmaq problemini daha da artırır.
Adalet.az xəbər verir ki, əhalinin bölgüsündəki balansın pozulması ölkədə yeni bir sektorun qapısını açıb.
"Saatlıq ər" adlanan xidmət qadınlara evdə kiçik təmir və texniki xidmət işləri üçün usta çağırmağa imkan verir. Cəmi bir neçə avroya usta evinizə kranları düzəltmək, televizorları quraşdırmaq, mebel yığmaq, elektrik işləri görmək və ya hətta ağır əşyaları daşımaq kimi işləri görmək üçün gəlir.
Sosioloq Baiba Bela kişi əhalisinin azalmasını belə izah edir: "30-40 yaşlı kişilərin ölüm nisbəti qadınlara nisbətən üç dəfə çoxdur. Bunun əsas səbəbləri alkoqol, yol-nəqliyyat hadisələri və iş yerində baş verən qəzalardır". /Unikal
Digər Xəbərlər
03 Fevral 2026 09:35
Alimlər hafizəni yaxşılaşdıran təbii vasitələr aşkarladı
02 Fevral 2026 09:46
Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər
23 Yanvar 2026 13:57
Bu axşam göy üzü "gülümsəyəcək"
21 Yanvar 2026 14:29


Bakı -°C

