adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Avqust 2014 15:23
7493
MƏMLƏKƏT

Nəqliyyat marşrutlarına qoyulan plan yoxsa palan?!

Avtoqəzalarhəmişə gündəmdə olub və öz qorxunc təhlükəsini saxlamaqda davam edir, amma sonzamanlar bir-birinin ardınca baş verən avtobus qəzaları insanların kabusunaçevrilib. Son zamanların ən qarşısıalınmaz təhlükələrindən olan nəqliyyat qəzalarıgünümüzün aktual mövzularındandır. Bu rəngli dəmir qutuların gətirdiyi ölümfaiz etibarilə digər ölüm səbəblərini üstələyib. Əlbəttə ki, ölüm istənilən səbəbdənacınacaqlı və arzuolunmazdı. Amma insanların həyatlarını rahatlaşdırması və mənzilbaşına tez yetişməsi üçün istifadə etdikləri nəqliyyat vasitələri dəmirtabutlara çevrildikcə (həm də vaxtsız və dəhşətli) daha dərindən düşünməyəvadar edir.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin rəsmi məlumatına görə, builin 6 ayı ərzində Bakı şəhərində sərnişindaşıma marşrutlarındaDövlət YolPolisi orqanları tərəfindən 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələrnəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Ötən illə müqayisədə bu ilhadisələrinsayı 17,2 faiz, yaralıların sayı 40,9, ölənlərin sayı isə 71,4 faiz azalıb.

Bəs azalma müşahidə olunubsa, nazirliyi təcili ayağa qaldıran nə idi?! Sırf ötən günbaş vermiş bir qəza üzündənmi bütün aidiyyatı qurumlar, sərnişindaşıma ilə məşğulolan şirkətlər, sahibkarlar, daşıyıcıların fiziki-hüquqi şəxsləritoplanmışdılar?!

Bəsbu qəzaların səbəbi və günahı kimdədir? Əlbəttə, ilk ağla gələn fələyin"barmaği” olur. Təbii ki, tale, qəzovi-qədər faktoru öz yerində. Ancaq bu işlə əlaqədarolanların məsuliyyətsizliyini və insanların həyatları ilə qoz-qoz oynamaqlarınıda diqqətdən kənar saxlamaq olmaz. Ortaya sual çıxır günah sürücülərdədi yoxsaonlara plan əvəzinə palan qoyan nəqliyyat departamentlərində?! Fikrimcə, hərikisi bu məsələdə məsuliyyət daşıyır. Bəli, avtobus sürücülərinin belinəqoyulan ağır "palan” onları Bakı yollarını Paris-Dakar rallisinə çevirməyəvadar edir. Planı doldurub ağır "palan”dan azad olmaq üçün bu "formula 1”yarışçıları normadan artıq sərnişin götürməklə vəziyyətdən çıxmaq istəyirlər.Bundan başqa, dayanacaqdankənar sərnişin götürüb-düşürtmə təhlükənin duzu-bibərinəçevrilir desək, lap yerinə düşər. Təbii ki,şosenin ortasında sürücü avtobusu qəfil kənara çəkib sərnişindüşürüb-götürürsə, bu, arxadan gələn digər avtomobillər üçün potensial qəza təhlükəsiyarada bilər ki, günümüzdə ən sıx rastlanan zəncirvari qəzalardandır.

"Palan”problemində sürücülərin halına nə qədər acısaq da onlara bəraət qazandırmaq dadoğru olmazdı. Bakı, Azərbaycan, bütövlükdə dünya təkcə sürücülərin özlərindənvə ailələrindən ibarət deyil. Avtobuslardakı mənzil başına sağ-salamat çatmaqistəyən sərnişinlərin də yaşamaq hüququ var. Bir qrup insanın plan doldurub pulqazanması başqalarının həyatlarını təhlükə qarşısına qoymamalıdır. Nəhayət, hərkəsin bu həyatla bağlı planı var, hətta o sərnişinlər arasında sürücülərdənikiqat artıq plan yerinə yetirənlər var.

Yerigəlmişkən, toplantıda diqqəti çəkən əsas məqam yeni sürücü bazasınınyaradılması fikri oldu. Beləki, artıq dəfələrlə qəza törədən sürücülər işlə təmin olunmayacaqlar.

Əslində sürücü probleminin ən təhlükəli tərəfi azyaşlı sürücüləringünü-gündən çoxalmasıdır. Heç 20 yaşı tamam olmamış bir yeniyetmənin 40-45 nəfəridaşıyan avtobus sükanının arxasına keçməsi əlbəttə ki, təhlükə yaradan əsasamillərdəndir.

Avtobusqəzalarının yaranmasında üçüncü səbəbpaytaxt yollarının dar və əlverişsiz olmasıdır. İri avtobuslar Bakının elə küçələri ilə hərəkət edir ki,orada üç adam yanaşı gəzsə, biri mütləq çuxura düşər. Xüsusən də şəhərin mərkəzihissələrində. Avtobuslar hər dəfə belə küçələri keçərkən inanclı sərnişinlər hərehtimala qarşı kəlmeyi-şəhadətlərini pıçıldayırlar. Heç bir işıqforu və yolnişanları olmayan mərkəzi küçələrin daxili yollarından iri avtobus keçərkən yolkənarında dayanmış sakinlər məcbur qalıb özlərini divara qısnamalı olurlar. Hər halda iri avtobuslar ölkəyə gətirilərkənXX əsrin əvvəllərində fayton və konkalar üçün salınmış yolların müasir nəqliyyatlarauyğun gəlməyəcəyi də nəzərə alınmalıydı.

Ammasevindirici haldır ki, məlum toplantıdan sonra paytaxtda sərnişindaşımada nizam-intizamın yaradılması vəyol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhərDövlət Yol Polisi Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlərəbaşlayıb. Ən azından müəyyənmüddət ərzində sürücülərin daha məsuliyyətli olması sərnişinlərə rahat nəfəsaldırar.