“Neftçi”nin iki azarkeşi həbs olundu, ikisi cərimələndi
"Neftçi"nin iki azarkeşi inzibati qaydada həbs olunub, daha ikisi isə cərimələnib.
Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib:
"Paytaxtın Xətai rayonunda yerləşən "Neftçi" futbol klubunun bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb. Polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.
Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib".
Qeyd edək ki, "Neftçi" ötən gün Azərbaycan Premyer Liqasında "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra bakılı azarkeşlər komandalarına qarşı etirazlarını bildiriblər.
Digər Xəbərlər
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11
Avropa Liqası: "Milan" "Benfika"ya uduzdu - VİDEO
16 Sentyabr 2026 17:30
“Kəpəz”dən azarkeşlərinə xəbərdarlıq
16 Sentyabr 2026 17:20
"Beşiktaş"da ciddi itki
16 Sentyabr 2026 16:45
Zubir: "Qurban Qurbanovla işlədiyim müddətdə çox şey öyrəndim"
16 Sentyabr 2026 16:18
Şahin Mustafayev yenə bu Federasiyanın prezidenti seçildi
16 Sentyabr 2026 15:47
"Arda Güler yeni Messidir, bütün planet görür" - VİDEO
16 Sentyabr 2026 13:10


Bakı -°C

