adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 May 2019 17:12
35887
İDMAN

"Neftçi"nin qazandığı NİFRƏT - İntiqam VALEHOĞLU yazır

1994-cü ildənüzü bəri-yəni, futbola baxdığımdan indiyə qədər Azərbaycan futbolunda hər cüriyrənclik görmüşdüm. Bircə görmədiyim çempionatın son oyununda biletin qiymətinin50 manata olması qalmışdı, şükür Allaha, onu da görmək nəsib oldu. Qiymət məsələsibarədə yazının sonunda danışacağam.

Hər kəsə günkimi aydındır ki. Azərbaycan azarkeşi üçün Rusiyanın, Türkiyənin ikinci dəstəsininoyunları daha maraqlıdır, nəinki bizim səkkiz komandayla utanmaz-utanmaz adınapremyer liqa dediyimiz Bakı birinciliyi. Əvvəla, ona görə ki, çempionatdakı səkkizkomandanın yeddisi demək olar ki, Bakı və Bakı ətrafında məskunlaşıb. "Qəbələ"ninisə həftənin 3-4 gününü paytaxtda keçirdiyini nəzərə alsaq, azarkeşə haqqqazandırmamaq olmur. Yəni, aarkeş özünə sual verir ki, mən niyə Bakıçempionatına baxmalıyam? Ondansa "Tavşanlıspor"la "Göztəpə"ninoyununa baxaram da.

O da sirr deyilki, AFFA rəhbərliyi, xüsusən Elxan Məmmədov və başının dəstəsi illərdirazarkeşləri stadionlardan, tribunalardan perik salmaq üçün əlindən gələni edir.Və insaf naminə demək lazımdır ki, bu, Elxan Məmmədovda çox yaxşı alınır. Məsələn,çox sadəcə faktlarla durumu izah edək. Məmmədov baş katib postuna 2008-ci ildə- 29 yaşında təyin edilənə qədər çempionatın hər oyununa orta hesabla 3-5 minazarkeş gəlirdi. Gəncə və Lənkəranda keçirilən oyunlarda isə minimum 10-15 minazarkeş görmək mümkün idi. Baş katib əvvəlcə "Xəzər Lənkəran"ı zərərsizləşdirdi,ardınca da azarkeşlərini. Kimsə mənə dediklərimin əksini sübut etmək istəsə, əvvəlcə2008-ci ilə qədər keçirilmiş oyunların videoyazısına baxsın.

Əslində, başkatibi yaxşı başa düşürəm. Məni də sabah aparıb Fiziki institutuna elmi katibqoysalar, oranı biabırçı günə qoyaram. Demək istədiyim odur ki, 29 yaşına qədərotel-motel işində çalışmış birinin futbol qurumunun baş katibi təyin edilməsininözü əcaibdir. Deyə bilərsiniz ki, yaxşı işləyib, bacarığını nümayiş etdirib vəsair. Razıyam. Yaxşı işlədiyi üçün otel işçisini əvvəlcə inzibatçı, sonra başinzibatçı qoyarlar. Özünü bir az da yaxşı aparsa Turizm Agentliyinə rəhbər də gətirməkolar. Çünki otel turizm sektorunun ayrılmaz hissəsidir. Amma futbol tamam ayrısahədir. İngilis dilini bilmək, Azərbaycan dilində Elmar Məmmədyarov kimidanışmaq hələ baş katib olmaq üçün yetərli deyil. Lap tutaq ki, yetərlidir e.On bir il bəs eləmədi?

Cənab Məmmədovbu yaxınlarda açıqlama vermişdi ki, Avroliqanın finalına ingilislər çıxsa,bütün xərci təkcə pivə satmaqla çıxarmaq olar. Görürsünüzmü, yenə də otelsayaqyanaşmadır.

İndi qayıdaq"Neftçi" - "Qarabağ" oyunundakı qiymət məsələsinə. Oyundan əvvəlməlum idi ki, "Qarabağ" çempiondur və təltifetmə mərasimi də məhz"Neftçi"nin meydanında baş tutacaq. Məntiqlə "Neftçi" rəhbərliyiqış fasiləsinə qədər beş xal öndə olduqları komandanın onların meydanında təltifedilməsini istəmirdi. Ən pisi isə klub rəsmilərinin verdiyi açıqlamadır. Dedilərindənbelə çıxmışdı ki, bilet bizimdir, istəsək 5 manata, istəsək 50 manata satarıq.Bu açıqlamaya azarkeş prizmasından yanaşsaq, demək istəyiblər ki, haramızı istəsəksöydürərik, öz işimizdir. Necə yəni, neçəyə istəsək satarıq, a kişi?"Çelsi"- "Arsenal" oyunu 60 avro, bu oyun 50 manat? Elə bilki, yayın ortasında pomidor-yumurtanın porsiyasını 15 manata satırsan.Yaxınlıqda da eyni qiymətə antrikot kababı verilir. Mənzərə inanın ki, bundanartıq deyil.

"Flaqman"dediyimiz, əslində isə son illərdə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsindəböyük azarkeş kütləsi itirmiş, hətta neytral azarkeşlərin nifrətini qazanmış"Neftçi"nin bu addımı qarşısında "Qarabağ" rəhbərliyi nəetdi? 50 manatdan 700 bilet (təxminən 35 min manat) alaraq azarkeşlərinəpayladı. Budurmu sizin "xalq komandası" dediyiniz? Başa düşürəm,çempionatın gedişində haralarasa söz verilmiş çempionluq baş tutmayıb. Ammaonun əvəzini azarkeşdən yox, özünüzdən çıxmalısınız. Oturub papağınızıqarşınıza qoymalısınız ki, sizə 32 yaşlı vaxtı ötmüş italyan hücumçu lazımdır,yoxsa bu gün "Qarabağ"ın maraq dairəsində olan Mirabdulla Abbasov. OMirabdulla ki, bu mövsüm üst-üstə on oyun keçirməyib. Ən yaxşı halda bir hissəoynayıb.

QurbanQurbanovun maraq dairəsinə düşmüş gənc futbolçunu şəxsi intriqalara görə əsasheyətdən kənar saxlamaq, yararsız legionerlərə milyonlar xərcləmək, həminmilyonlardan öz "otkat"ını götürmək çempionluq üçün kifayət etmir.Necə olur ki, Mirabdulla "Qarabağ"a lazım olur, amma"Neftçi"də ehtiyatda oturur. Axı "Qarabağ"ın ikinci yox e,üçüncü komandasından iki dənə "Neftçi" (komandanın indiki vəziyyətindənsöhbət gedir) düzəltmək olar. Axı indiki "Qarabağ" millinin əsasını təşkiletsə də, millinin özündən də güclüdür.

"Neftçi"rəhbərliyinin utanmalı olduğu bir məqam da var. Bu sözü ilk dəfə BəhramBağırzadədən eşitmişəm və məncə, üzqırxan reklamlarına çəkiləndən bu yanadediyi ən məntiqli sözdür. Bəhram deyir ki, nefti çıxaran fəhlə ən yaxşı haldamin manat, amma heç bir işə yaramayan oyunçular ayda 10-15 min qazanırsa, bu,ayıbdır.

DÜŞÜNÜN!