Neftçalada dəhşətli qəzada ölənlərin və yaralıların adları bilindi - YENİLƏNİB
Neftçala-Xolqaraqaşlı avtomobil yolunda baş verən qəzada ölən və yaralıların adları bəlli olub.
1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlunun idarə etdiyi "Mercedes"markalı avtomobillə Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Xankişiyev Xanlar Ayaz oğlunun idarə etdiyi "Lexsus"markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Lexsus"un sürücüsü, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı, Neftçala sakini, 2017-ciil təvəllüdlü Ələkbərova Humay Elçin qızı ölüb.
Neftçala sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərova Günay Əbülfəz qızı, Ələkbərov Elçin və "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
15:38
Neftçalada iki avtomobil toqquşub.
Hadisə yeni tikilən Neftçala-Xolqaraqaşlı avtomobil yolunda baş verib.
Bildirilir ki, iki minik avtomobilinin toqquşması nəticəsində üçnəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)