adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Avqust 2017 10:19
2588
HADİSƏ

Neftçalada 56 yaşlı kişi intihar etdi

Neftçala rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Kürkənd kəndində baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Mütəllim Əhmədağa oğlu Cahangirov özünü yaşadığı evdə asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.(Trend)