Neft Donanmasına daha iki gəmi daxil edilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha iki gəmi daxil edilib.
QSC-dən verilən xəbərə görə, "Mərdəkan” və "Şüvəlan” adlı təchizat-yedək gəmiləri müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Sözügedən üzən vasitələrin müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.
Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.
Hər iki gəminin uzunluğu 60, eni 16 metr, sürəti 13 uzeldir. "Mərdəkan”gəmisinin dedveyti 1700, dartma qüvvəsi 81, "Şüvəlan” gəmisinin dedveyti 1810, dartma qüvvəsi 75 tondur. Onların texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlaırnı təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə bu zaman hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.
Qeyd edək ki, Gəmiçilik donanmalarının müasirləşdirilməsi və böyüməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.
Digər Xəbərlər
29 Aprel 2024 10:53
"Bu, satınalmalarla bağlı yeni qaydaların tətbiqilə bağlıdır" - Deputat
29 Aprel 2024 10:24Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO
29 Aprel 2024 09:52Bu günə olan valyuta məzənnələri
28 Aprel 2024 13:12Mikayıl Cabbarov şirkət prezidenti ilə birgə fəaliyyət imkanlarını müzakirə etdi
26 Aprel 2024 15:51