adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Aprel 2014 11:00
11021
HADİSƏ

Neft çənində baş verən yanğın söndürüldü - Yenilənib - Video

Dünən səhər saatlarındaBakışəhəri Səbail rayonu ərazisinin Bayıl qəsəbəsində Gülbala Əliyev küçəsininaxırında yerləşən neft çənində partlayış baş verib.

Partlayışdan sonra Azərbaycan Dövlət Neft Şirkətinin BibiheybətNeft-Qaz Çıxarma İdarəsinə məxsus neft çəni yanmağa başlayıb.

Şahidlərin Adalet.az-a verdiyi məlumata görə hadisə yerinəFövqəladə Hallar Nazirliyinin DövlətYanğından Mühafizə Xidmətininəməkdaşları cəl olunub.

ARDNŞBakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb.

Şirkətin mətbuat katibiNizaməddin Quliyev APA-ya açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neftyığma məntəqəsində qeydə alınıb.

Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.

İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.

Hazırda faktla bağlı araşdırma gedir. N.Quliyev gün ərzində hadisəilə bağlı ətraflı məlumat veriləcəyini də deyib.

Yanğın hadisəsini FHN təsdiq edib. Nazirliyinyaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində neftçənində yanğın olub. Hadisə yerinə FHN Dövlət Yanğından Mühavizə Xidmətininqüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.




Videonu Bayılda yaşayan jurnalist Nail Nürəddinoğlu çəkib.