adalet.az header logo
  • Bakı -°C
20 Fevral 2026 11:43
90
SİYASƏT
A- A+

"Nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz..." - Komitə sədri

"Emin Hüseynov Azərbaycanın Birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclü  iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib. O bildirib ki, ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır:

"Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban  xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan  böhtan kampaniyasını iflasa uğratdı, təkcə prezident ailəsinin deyil,  bütün  azərbaycanlı xanımlarının iradəsinin ifadəsi oldu. Bəli, emin hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğal  altındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsçevrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir- nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız. Emin və mehman hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır. Görün, indi hansı qüvvələrlə savaşırıq".