"Bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz" - Deputat
"ABŞ-də səfərdə olan Prezident İlham Əliyevin qaldığı otelə güclə soxulmağa cəhd edən bir qrup vətən xaininin təxribatçı hərəkətlərinin qarşısını Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ABŞ polisi operativ müdaxilə edərək peşəkarcasına alıblar. Bu hadisə Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının yüksək səviyyədəki peşəkarlığını və ölkəmizin rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üçün atılan mühüm addımları bir daha nümayiş etdirir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib. O bildirib ki, dövlət başçısı xarici səfərdə olarkən o, öz şəxsi kimliyi ilə deyil, millətin iradəsinin simvolu kimi çıxış edir:
"O, bayrağımızı, suverenliyimizi və dövlətçiliyimizi təmsil edir. Ona qarşı atılan hər bir təxribatçı addım, əslində, onun təmsil etdiyi xalqa və dövlətə qarşı yönəlmiş hörmətsizlikdir. Çünki dövlət başçısı xarici səfərdə olarkən o, təkcə siyasi bir fiqur deyil - xalqın iradəsini və dövlətin suverenliyini təmsil edən ali rəmzdir. Ona qarşı yönəlmiş hər hansı planlı hərəkət, əslində, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdidir. Bu gün Azərbaycan dövlətinin başçısının yürütdüyü müstəqil siyasət, regionda sülh reallıqlarını yaratması, dünyada nüfuz sahibi olması, Münhendə, Vaşinqtonda və digər beynəlxalq platformalarda hörmətlə qarşılanan və sözün çəkisi olan Lider olması çoxlarını narahat edir. Onlar öyrəşiblər ki, Azərbaycan xalqı torpaqları işğal altında olan, beynəlxalq platformalarda pozulmuş hüquqlarının bərpasına çağırışlar edən və əzilmiş xalq kimi görünsün. Amma bu gün xalqımızın qalib və başı uca gəzməsi çoxlarının yuxusunu qaçırdıb.
Bəziləri həmin təxribatçıları radikal müxalifətin nümayəndələri də adlandırır. Hesab edirəm ki, bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz. Müxalifət mübarizəni siyasi meydanda aparar. Amma bu milli satqınlar şovinist erməni dairələrin və xarici xüsusi xidmət orqanların cızdıqları ssenarilərə uyğun şəkildə hərəkət edirlər. Mən onlara heç azərbaycanlı deməzdim. Satqının nə milləti, nə də vətəni olur. Millətin iradəsinin simvolu, suverən dövlətimizin təmsilçisi olan dövlət başçımıza qarşı edilən hər bir təxribat siyasi təzyiq yox, xalqın ləyaqətinə toxunmaq cəhdidir. Xaricdə müəyyən dairələrin himayəsi altında oturaraq dövlətimizə və millətimizə qarşı düşmən kəsilmiş bu ünsürlər, həm də onları idarə edənlər bilməlidirlər ki, xalqımızın milli birliyini və həmrəyliyini heç kim poza bilməz. Belə təxribat yönümlü hərkətlər xalqımızı öz Prezidentinin ətrafında daha da sıx birləşdirir və mübariz edir".
Digər Xəbərlər
20 Fevral 2026 12:19
Prezident "Sülh Şurası"nın ilk iclası ilə bağlı paylaşım etdi - VİDEO
20 Fevral 2026 11:43
"Nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz..." - Komitə sədri
20 Fevral 2026 11:25
İlham Əliyevin ABŞ səfəri başa çatdı
20 Fevral 2026 11:13
“Hər kəs əmin və rahat olsun ki, hər şey Azərbaycan üçündür...”
20 Fevral 2026 11:08
Spiker: Azərbaycan dilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir
20 Fevral 2026 11:00
MM-in növbəti iclası: Gündəlikdə 10 məsələ var
20 Fevral 2026 10:53
“Berlinə atılan ilk bomba zooparkdakı yeganə fili öldürmüşdü...”
19 Fevral 2026 23:10


Bakı -°C

