adalet.az header logo
  • Bakı -°C
20 Fevral 2026 12:05
87
İQTİSADİYYAT
A- A+

Naxçıvanda əhalinin bank əmanətləri artdı

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 50,1 faiz artaraq, 2026-ci il yanvar ayının 1-nə milli valyuta ekvivalentində 38 milyon 279 min 500 manat təşkil edib.

Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, əmanətlərin 93,1 faizi milli, 6,9 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 82,4 faiz artıb.