adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Noyabr 2016 15:48
150687
RUBRİKA

“Necə şəhid oldum?!” – DÖYÜŞ TARİXİ

Əsrlər boyu Azərbaycan kənar qüvvələrin maraqlarındaolub. Farslardan tutmuş xristianlara qədər məmləkətimizə göz dikən, buradadini, siyasi və etnik məkan qurmaq niyyətini axtaran separatçılarla mübarizəaparıb. Xalqımızın milli təfəkkürü və ənənəvi gücü sayəsində özgürlüyümüzü yadəllərə vermədik. Torpağımızı bu günümüzə gətirib çıxardıq. Bunlar asan olmadı,vətənimiz havasını udmağa, suyunu içməyə torpağında başıuca gəzməyə layiq olanşəhidlər verdi. Qan bahasına da olsa müstəqilliyimizi qoruyub saxladıq. Baxbudur milli mənəviyyat.

Adalet.az "Döyüştarixi” rubrikasında bu dəfə tam fərqli və maraq dolu bir müsahibə təqdim edir.

Onun qoyub getdiyi tarixi ilə həmsöhbət olduq. İkiəsrlik əsarətə, rus, fars və erməni istilalarına, repressiyalara, soyqırımlarabaxmayaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, vətənin azadlığı vəbölünməzliyi uğrunda qəhrəman Azərbaycan övladları daima vuruşub və mücadiləaparıblar. Belə igid oğlanlarımızdan biri də Qarabağ uğrunda gedən savaşdaşərəfli döyüş yolu keçərək şəhid olan Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovdur.

O, 1959-cu il mayın 30-da Ağdam rayonunun Qiyaslıkəndində sadə bir ailədə anadan olub. Atası Nuşirəvan kişi el-oba arasındamərd, qorxmaz və qonaqpərvər biri kimi tanınardı. Cəbrayılın soyu Laçınrayonunun tanınmış nəsillərindən olan Hacısamlı camaatının Qasımuşağı nəslininƏhmədoğlu tirəsindəndir. Qasımuşağı nəsli türk xalqının qəhrəman övladlarıXosrov bəy Sultanov və Sultan bəy Sultanov qardaşlarının rəhbərliyi ilə Laçınrayonunun digər tanınmış nəsilləri ilə birgə, XX əsrin əvvəllərində ermənilərəqarşı mərdliklə vuruşmuş, erməni generalı Andranikin 30 minlik ordusunu Zabuxdərəsində məhv edərək, Qarabağın işğalının qarşısını almışlar. Nuşirəvan kişiöz ata-baba yurdundan uzaqda yaşasa da, övladlarının Laçın rayonunda olannəsilləri ilə bağlarının itməməsi üçün böyük oğluna atası Davudun, Cəbrayılababasının, Cəbrayıldan kiçik qardaşına isə ulu babası Əhmədin adını vermişdi.

-Sizi müharibəyə nəapardı?

- Babam mənə qardaşıma və əmioğluma nümunə olub. O, ötən sərin əvvəllərində döyüştarixi yazmış bir şəxsdir. Atamın da vətənpərvər ruhda böyüməsində babamınböyük təsiri olub. Və biz də atamın bizə bəxş etdiyi baba səlnaməsi iləböyümüşük. Onun ruhu ilə qərar verirdik. Ruhumuzu müharibəyə təslim etmişdikbeləliklə. SSRİ - tərkibində ordu sıralarında hərbi xidmət dövrümü başavurandan sonra vətənə qayıtdım. Qarabağ savaşları mənim ruhumu oynatdı.Qardaşım Əhməd və əmi uşağı Əli Cəbrayılovla birlikdə düşmənə qarşı mübarizəyəqoşulduq. Can gedər, amma ruh qalar. O ruh ki, şəhid ruhu ola, bundan böyük xoşbəxtlikqanmıram. Ələlxüsus şəhid ruhu hər yerə siraət edir. Qələmin mürəkkəbinə qədər.Mən sağ olsaydım sizinlə həmsöhbət olub şifahi şəkildə öz emosiyalarımla "Döyüş tarixi”mi sizə nəql edərdim. Sizşəhidin yox, canlı qazinin gözlərindən oxuyursunuz hər şeyi. Bir təsəvvüredin!..

Həyat belədir, bəzən saatlaca, günlərcə, aylarca vəya bir ömür səninlə həmşöhbət olan, ünsiyyətdə olan, doğmalaşan biri haqqdünyasına qovuşanda fərqli olur hər şey, bunlar səni həm də böyük təəccüb vəüzüntü təlatümləri ilə sarsıntıya salır. Lakin sabah itirdiyin yaxınınlayenidən həmsöhbət olursan. Müharibə görmüş və ya müharibədə həlak olmuşlarmüharibəni eyni həyəcanla danışır. Elə Cəbrayılov haqqında bizə qalanlar onunemossiyalarını, vətən eşqini və müharibə dalğasını köçürdükcə boş vərəqdə filmyaradır. Bu gerçəklikdir, mən onun ruhuyla danışırdım. Diktofonun yaddaşınayaza bilmədim, ancaq şəhidin dediyi sözləri kəlmə kəlmə eşidirdim...

-Bir az da "Döyüş tarixindən”

-"Döyüş tarixi”m1992-ci ilin yanvar ayından başladı. Xidmətimi daha sonra "N” saylıhərbi hissənin tərkibində "Qatır Məmməd" ləqəbi ilə tanınan Yaqub Rzayevinkomandirlik etdiyi könüllülərdən ibarət "Qarabağ şahinləri" batalyonunda bölükkomandiri olaraq davam etdirmişdi. İlk döyüşlərim Xromort və Naxçıvanikkəndləri uğrunda gedən döyüşlər olur.1992-ciilin fevralında Xocalı qətliamı zamanı Qaraqaya yüksəkliyi ermənilərin əlindəidi. Yüksəklikdə özlərinə mövqe tutmuş erməni quldurları pulemyotla dincsakinləri atəşə tutur, onların Xocalıdan Ağdam istiqamətinə hərəkət etməsinəmane olurdu. Fevralın 26-sı səhər saatlarında Yaqub Rzayevin komandirlik etdiyidəstəmiz qızğın atışmalardan sonra yüksəkliyi ələ keçirdik.

-Xatirələriniz başqanə deyir?

-Bu döyüşlərdə rəşadətlə vuruşaraq 3 nəfər qadınıvə 2 uşağı xilas etdim. 1992-ci il martın 6-sıgecə saatlarında təkbaşına Əsgəran ərazisinə keçərək ermənidöyüşçülərinin mövqe tutduğu posta basqın etdim və 8 erməni əsgərini məhvedərək onlara məxsus 8 avtomat silahı və 1 ədəd qumbaraatanı hərbi hissəyətəhvil verdim.

Göstərdiyi bu şücaətdən sonra ermənilərin kabusunaçevrilən bu mərd və qorxmaz türk oğlu doğulub boya-başa çatdığı, uğrunda silahasarılıb vuruşduğu doğma Ağdamında "QurdCəbrayıl" ləqəbi ilə ad-san qazanır. Mart ayının sonlarında Cəbrayıl birdaha Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir.1992-ci ilin aprel və may aylarında ölkədə baş verən siyasi hadisələr pərakəndəformada fəaliyyət göstərən silahlı qüvvələrə də öz mənfi təsirini göstərirdi.Vahid komandanlıq tərəfindən idarə olunmayan özünümüdafiə batalyonları və digərsilahlı birləşmələr, cəbhə xəttində ağır məğlubiyyətlərə uğrayırdı.

Cəbrayılov deyirdi ki, mayın 8-də Azərbaycanın tarixi şəhəriŞuşanın, 18-i isə Cəbrayılın ata-baba yurdum olan Laçın rayonunun işğalı,minlərlə insanın öz yurd-yuvalarından didərgin düşməsi, faciələrin ard-ardagəlməsi, sadə xalqda olduğu kimi, silahlı qüvvələrdə də ruh düşkünlüyü yaratmışdı:"Belə bir zamanda müxtəlif özünümüdafiəbatalyonlarının və digər hərbi birləşmələrin bir araya gəlib, vahid komandanlıqyaradaraq əlaqəli şəkildə fəaliyyət göstərmələri labüd idi”.

Belə ki, Cəbrayılın olduğu batalyon 1992-ci ilinmayında bir neçə özünümüdafiə batalyonları və digər hərbi birləşmələrinkomandirləri bir araya gələrək "Hərbi birlik" yaratmağa nail olurlar. Elə bubirliyin nəticəsi idi ki, cəbhə xəttində gedən 7 aylıq ağır məğlubiyyətlərdənsonra, 1992-ci ilin iyun ayından başlayan I Ağdam Cəbhəsi və II Ağdərə cəbhəsiistiqamətində genişmiqyaslı hücum əməliyyatları keçirildi. Keçirilənəməliyyatlarda Azərbaycan silahlı qüvvələri hər iki cəbhədə böyük uğurlarqazanaraq bir çox yaşayış məntəqələrini işğaldan azad etdilər. 12-16 iyun tarixlərindəAğdam cəbhəsi boyunca genişmiqyaslı hücum planı hazırlanır. Əməliyyatınaparılmasından öncə Cəbrayılın komandirlik etdiyi kəşfiyyatçı dəstə Əsgəranrayonu ərazisinə girərək, Azərbaycan silahlı qüvvələrinin hücumuna mane olabiləcək bir gözətçi məntəqəsini zərərsizləşdirib, bir düşmən tankını ələkeçirirlər. Aparılan əməliyyatlardan sonra Mənikli, Xromort, Xanabad,bütövlükdə isə 12 kənd işğaldan azad edilir. Bu döyüşlərdə daim xalqımızınqəlbində yaşayacaq Milli qəhrəmanlarımız Allahverdi Bağırov, Şirin Mirzəyev,Çingiz Mustafayev də olmaqla bir çox vətən övladları şəhid olublar.

"Məndöyüşlərdə iştirak etməyi özümə vətən borcu bilirdim” deyirQəhrəmanımız 1992-ci il avqustun 18-də Ağdərə rayonunun Gülyataq və Canyataqkəndləri uğrunda gedən şiddətli döyüşlərə qoşularaq silahdaşları ilə birgə 7erməni əsgərini öldürüb, 7 ədəd avtomat silahını ələ keçirirlər. Sözügedəndöyüşlərdə göstərdiyi şücaətə görə, 10.000 rubl mükafatla təltif olunur. Həmindövrdə bir neçə qəzetdə bu igid Azərbaycan oğlu haqqında "Qurd Cəbrayıl" başlığı altında məqalələr yazılaraq onunigidlikləri işıqlandırılır.

-Necə şəhid oldunuz?

-Gülyataq və Canyataq kəndləri işğaldan azadolunduqdan sonra Ağdərə rayonunun Mehmanə kəndini düşməndən azad etmək üçünkeçirilən əməliyyatlara qoşuldum. Çətin əməliyyat idi, amma mübarizliyimi sonaqədər qoruyub saxladım. Qızğın atışmalarzamanı kürəyimdən və ayağımdan ağır güllə yarası alsam da döyüşdən geriçəkilmədim. Sona damla qanıma qədər savaşdım. Əzmimi düşmənə göstərməyə,düşməni qorxutmağa, gücümüzü sübut etməyə çalışdım (Aldığı ilk yaralardan sonrabir müddət Ağdam rayonunun Mahrızlı kəndində yerləşən hərbi hospitalda müalicəalsa da, yaraları tam sağalmamış, yenidən cəbhə xəttinə qayıdır).Xanabad kəndi uğrunda gedən döyüşlərəqoşuldum... Bu mənim son döyüşüm idi. 1992-ci il sentyabrın 24-də qızğındöyüşlər zamanı yağı gülləsi başıma tuş gəldi və mən gözlərimi əbədiyyətəyumdum.

Beləliklə, Azərbaycan xalqı Vətən uğrunda daha birigid oğlunu itirir. Qarabağ müharibəsi zamanı Cəbrayıl kimi minlərlə vətənövladları son nəfəslərinədək vuruşaraq, canlarını sahibi olduğumuz vətəntorpağına fəda etmişlər. O torpağa ki, işğalından 20 il keçir və hələ də düşməntapdağı altındadı. Odur ki, dəyərlərimizin qədrini sahibi olarkən bilək. İgidAzərbaycan övladlarını daima yad edərək, şəhidlərimizi unutmayaq. Unutmayaq ki,itirdiklərimizə bir daha sahib olaq”.

"Qurd Cəbrayıl" doğulub boya-başa çatdığıQiyaslı kəndində dəfn olunub. Qəhrəmanın məzunu olduğu Söyüdgöl kənd ortaməktəbi bu gün onun adını daşımaqdadır. 1992-ci ildə Azərbaycan Milli Qəhrəmanıadı alması üçün döyüş yoldaşları, məzunu olduğu Söyüdgöl kənd orta məktəbininkollektivi, Qiyaslı kənd sakinləri və doğmaları tərəfindən dəfələrlə müvafiqorqanlara müraciət olunmasına baxmayaraq, həmin dövrdə ölkədə baş verənözbaşınalığın nəticəsində, şərəfli döyüş yolu keçmiş belə bir igid Azərbaycanövladı diqqətdən kənar qalır. Lakin 1994-cü ilin oktyabr ayının 4 də mərhumprezident Heydər Əliyev Qarabağın "Qurd Cəbrayıl”ı, Cəbrayıl Nuşirəvan oğluCəbrayılovu ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif edir.

Rüfət Soltan