adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Fevral 2019 12:44
24098
ŞOU-BİZNES

Necati Şaşmaz boşanır

"Qurtlar Vadisi” serialı ilə ulduzu parlayan Necati Şaşmaz xanımı Nagehan Şaşmazla boşanır.

Adalet.az xəbər verir ki, bu barədə Kanal D-də yayımlanan "İkinci Sayfa” proqramında məlumat verilib.

Şaşmazın vəkili verilişdə geniş bir açıqlama yayaraq 7 illik ailə həyatının sona çatdığını bildirib:

"Cütlük dəfələrlə ayrılıb, daha sonra barışıb. Onlar bir-birilərinə şans versələr də bu dəfə alınmayıb. Necati bəy məhkəməyə müraciət edib. Çəkişməli bir boşanma prosesi olacaq”.

Qeyd edək ki, cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib.