adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Yanvar 2018 14:42
17934
DÜNYA

NƏ YAXŞI İRAN HADİSƏLƏRİ BİTDİ…

Yoxsa İranın parçalanmasınıdeyə bilmərəm, amma sosial şəbəkədə Azərbaycaniki yerə parçalanıb, bir-birini qıracaqdı. Hətta Əjdər Tağızadə İran konsulluğununqabağında piket keçirərək Cənubi Azərbaycanı bizə birləşdirib Təbrizi də paytaxt elan etmişdi. Futbolçularmöhtəşəm bir oyuna hazırlaşarkən görüşqabağı məşqlər edirlər. İran hadisələri də bir az ABŞ-ın və Avropa ölkələrininİranda oynayacaqları oyunun ilk məşqlərinə bənzəyirdi.

Qorxulusu odur ki,meydanı Türkiyəyə dəyişələr. Çünki Türkiyədə artıq 30 ildən çoxdur məşq edirlər, özü də PKK-nın, terror təşkilatlarının əli ilə, həm də sözlə deyil, silahla.