10 Avqust 2021 14:59
36757
ŞOU-BİZNES

 "Zorronun maskası"ndan tanıdığımız ispan əsilli Hollivud ulduzu: Antonio Banderas


 Biz onu “Zorronun maskası” filmindən tanıdıq.  Bəli, məhz bu filimdən sonra Azərbaycan tamaşaçısı onu izləməyə qərar verdi. Söhbət ötən əsrin 90-cı illərindən bu günədək davam edən şöhrətli kino yaradıcılığı olan Antonio Banderasdan gedir. O,   dünyanın ən məşhur və sevilən aktyorları sırasındadır.

Adalet.az xəbər verir ki, bu gün  - avqustun 10-u dünya şöhrətli məşhur aktyorun doğum günüdür. Yəni,  61 il əvvəlin bu günü  ispan aktyoru dünyaya gəlib.


Əsl adı Xose Antonio Dominqes Banderas olan yaraşıqlı aktyor 1960-cı ildə Malaga-İspaniyada doğulub. Uşaqlıqdan futbolçu olmağı arzulayan Antonionun bu arzusu, ayağının sınmasından sonra həyata vəsiqə qazanmır.
Banderas elə o vaxtından aktyorluğa maraq salır.

 

16 yaşındaykən "Saçlar" adlı müziklı seyr edən gənc müxtəlif dram dərnəklərində və teatr truppalarında çıxışlar etməyə başlayır.Aktyorluq peşəsinə yiyələnməyi qarşısına məqsəd qoyur
1982-ci ildə böyük ekranda ilk çıxışı rejissor Pedro Almodovarın "Ehtiraslar labirinti" filmində ifa etdiyi obrazla başlayır. İlk filmindən 100 000 peso qonorar alır.


1990-cı ildən ispan kinosundan kənarda yaradıcılıq karyerası qurmağa başlayan aktyor, qısa müddətdə Hollivudu fəth edir. 1990-1995-ci illərdə Madonna ilə tərəf müqabili olduğu "Evita" və Ketrin Zeta-Consla çəkildiyi "Zorronun maskası" filmləri ilə şöhrətinin ən yüksək zirvəsinə çatan Antonio Banderas, hər iki filmə görə "Qızıl qlobus" mükafatını qazanır. 1985-ci ildə "Matador" və bir neçə müxtəlif filmlərə də çəkilən Antonio Banderasın şöhrəti dünyaya yayılır.

Aktyor həm də peşəkar biznesmendir. Sənət yaradıcılığı ilə yanaşı şərabçılıqla da ciddi şəkildə məşğul olan Banderasın İspaniyada üzüm bağları var. Aktyor həmçinin ətriyyat sektorunda da özünü sınayıb. Banderasın adını daşıyan ətir brendləri bütün dünyada məşhurdur.
 Qeyd edək ki,  Melani Qriffit xanımla ailəlidir, bu evlilikdən 2 qız övladı var.

 

Əntiqə Rəşid