Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi
Vergilər Nazirliyi Azərbaycandakı gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə müraciət edib.
Adalet.az nazirliyə istinadən xəbər verir ki, müraciətdə vergi ödəyiciləri vergi bəyannamələrini martın 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə çağırılır.
Bundan başqa, qurum bəyan edib ki, vergi ödəyiciləri hesablanmış vergiləri həmin müddətdə tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludur.
Bildiririk ki, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən, vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50%-i qədər maliyyə sanksiyası tətbiq edilir:
"Vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1%-i qədər faiz tutulur”, - deyə müraciətdə bildirilir.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17