Nazirlik əhaliyə müraciət etdi - Qadağan olduğunu nəzərə alın!
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a bildirilib ki, qeyd olunanları nəzərə alaraq, Nazirlik müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!" - deyə bildirilib.
Digər Xəbərlər
08 Aprel 2026 11:39
Kütləvi zəhərlənmə olan restoranın fəaliyyəti dayandırıldı - RƏSMİ
08 Aprel 2026 10:53
İrandan Azərbaycana indiyədək 3 379 nəfər təxliyə olunub
08 Aprel 2026 10:14
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
07 Aprel 2026 19:12


Bakı -°C

