adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Yanvar 2015 12:53
2197
GÜNDƏM

Nazirlik cərimələri qaldırmaq istəyir

"Biz düşünərək qanun layihəsini hazırladıq, o cümlədən hökümətə təqdim edəcəyik ki, həmin cərimə məbləği təxminən 5 min manata qədər qaldırılsın”.Bu sözləri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Təhlükəsiz iş”  ongünlüyü çərçivəsində seminar müşavirəsi öncəsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə jurnalistlərə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, əməyin mühafizəsi ilə bağlı artıq yeni qanun layihəsi hazırlanıb və dövlətə təqdim edilib: "Qanunun dövlət tərəfindən təstiq ediləcəyini ümid edirik. İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində əməyin mühafizəsi qaydaları var. Əməyin təhlükəsizliyinin qorunmamasına görə 1000 manatdan 2000 manata qədər inzibati  məsuliyyət nəzərdə tutulub. Texniki təhlükəsizlik qaydalarına riayət olunması, fərdi mühafizə vasitələrinin alınması və işçilərin təmin edilməsi işəgötürənlər tərəfindən müəyyən xərc tələb edir. Əlbəttə, bu 2 min manatdan artıq xərcdir. Buna görə də bir çox işəgötürənlər bir çox hallarda buna riayət etmirlər. Təbii ki, bu işlər hazırda bizdə layihə formasındadır. Artıq bu qanunu hökümətə təqdim edəcəyik. Yəqin ki dövlət tərəfindən qanun təstiq ediləcək”.