Nazir müavini qiymət artımından DANIŞDI
“2022-ci ildə 13,9 faiz orta illik inflyasiya olub. Ötən dəfə ərzaq bazarındakı qiymət artımlarına toxunulmuşdu. Qeyri-ərzaq məhsulları bazarında da böyük dəyişikliklər olub. Bunun da əsas səbəblərindən biri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında yüksək ikirəqməli inflyasiyanın olmasıdır”.
Adalet.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.
Nazir müavini qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiyanın 7%, inkişaf etməkdə olan ölkələr üzrə isə 8,6 % olacağı proqnozlaşdırılır: “İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. AMB-nin inflyasiyanın azaldılması istiqamətində keçirdiyi tədbirlər və hökumətin anti-inflyasiya tədbirləri nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır. AMB tərəfindən 8,9 % rəqəmi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur. Bunu aydınlaşdırmaq istərdim”, - deyə E.Əliyev vurğulayıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 22:26
Debet kartların satışına məhdudiyyət qoyulması ilə bağlı - Rəsmi Açıqlama
24 Sentyabr 2026 17:25
Bank kartları ilə bağlı DAHA BİR QADAĞA
24 Sentyabr 2026 13:48
Mal əti bahalaşdı - VİDEO
24 Sentyabr 2026 10:40
“Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin”
24 Sentyabr 2026 10:10
“Əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq...”
23 Sentyabr 2026 20:38
Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09


Bakı -°C

