adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Mart 2015 16:44
1508
SİYASƏT

Nazir müavini Cenevrədə danışıqlar aparacaq

Martın 3-7-də Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədilə Cenevrəyə səfər edəcək. XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşlər zamanı Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkənin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaq.