adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Iyul 2019 15:06
29860
ƏDƏBİYYAT

Nazim Hikmət və Bakı küləyi

"...İstanbuldauniversitedə şeir oxuyan Azərbaycanlı şairdən bir xahişim var o, ora getdiyizaman mənim İstanbullu gənclərimə desin ki, bizədə sənin Nazimin gəldi biz onuqardaş kimi bağrımıza basdıq və biz ona çox şey öyrətdik.Nə öyrəndisə budünyada çoxunu bizdən öyrəndi.Bunu söyləməyi unutmasın və məndən salam söyləsin.Çünki,bəlkədə mən məmləkətimə qovuşa bilmədim amma o məmləkətimi görür”.İl 57.

Bu çıxışıTürk dünyasının böyük şairi Nazim Hikmət Bakıda tələbələrlə görüşündəvurğulamışdır.Gələcəyi görən böyük şair bu çıxışı ilə sonrakı nəsillərə qardaşyurddan bir məktub buraxmış kimi dəyərli ismarıc verdi.

"Bakıya gəldim dünyalar mənim oldu” deyən şairBakını öz ana yurdu kimi sevir və məhəbbət bəsləyirdi.

Həmin ki,zamanda Azərbaycanlılar və Azərbaycanın öndə olan zaiyalıları Nazim Hikmətəsevgi ilə qucaq açmış və onun həm insani keyfiyyətlərinə, həm də yaradıcılığına böyük qiymət vermişdilər.Məhzşairlərimizin və ziyalılarımızın köməkliyi ilə Nazim Hikmətin ilk kitabı "Günəşiİçənlərin Türküsü Bakıda nəşr olunmuşdur.

Bakıda özünüöz evindəki kimi hiss edən şairin ətrafına həmin dövrün şairləri-Səməd Vurğun,Rəsul Rza,SüleymanRüstəm,Mikayıl Rəfili və eləcə də onlarla qabaqcıl ziyalılar yığışırdılar.OnlarNazim Hikmətlə elmi bədii ədəbi müzkirələr aparır, qardaş Türkiyənin həminzamanlardakı vəziyyətini müzakirə edirdilər.

Üzeyir Hacıbəyovunsənətinə yüksək qiymət verən şair həmdə Maestro Niyazi sənətinə böyük məhəbbətbəslədiyini həmişə vurğulamışdır.

XX-əsrindünyanın dəyərli baletlərindən olan MəhəbbətƏfsanəsi baletini böyük şairin əsəri əsasında dəyərli bəstəkarımız ArifMəlikov yazmışdır.Bu baletin maraqlı yaranma tarixi olub.Beləki Nazim Hikmətəbildirmişdilərki gənc Azərbaycanlı bəstəkar Arif Məlikov əsərlərinin birinəbalet bəstələmək istəyindədir.Nazim Hikmət isə "Mən ona inanıram.İnanıramki bu balet bütün dünyada məhşurolacaq və seviləcək” demişdir.

Nazim HikmətMoskvada olarkən ona ən yaxın dostlarından olan Əkbər Babayev daim onun həyat vəyaradıcılığı haqqında araşdırmalar aparır və Nazim Hikməti heç zaman təkqoymurdu.

Nazim HikmətsəƏkbər Babayevdən söz düşəndə "Məni mənə tanıdan adam” deyə vurğulayırdı.

Daim vətən məmləkəthəsrəti ilə yanıb tutuşan şair həsrətini Bakıda Xəzərin sahilində ovudurdu.

Bakını həmİstanbula, həmdə İzmirə bənzədən şair şeirlərin birində qeyd edirki:

"Xəzərdə dost gəzər eyy

Düşmən gəzər”

deyərək düşmənləringözü həmişə Bakıda olmağını söz altında ifadə etmişdir.

Dəyərli elmxadimlərimizdən olan Aqşin Babayev Nazim Hikmətlə bağlı araşdırmalar aparmış və Nazim Hikmətin Bakıdaolduğu zaman özünü necədə xoşbəxt hiss etdiyini dəfələrlə vurğulamışdır.

Nazim Hikmət həyatda olmasada Bakıya olan məhəbbətini öz əsərlərindəböyük sevgi ilə bildirmiş və Azəri qardaşlarına dərin hörmət bəsləmişdir.

Azərbaycanxalqı var olduqca gözəl paytaxdımız küləklər şəhəri Bakı var olduqca Nazim Hikmətunudulmayacaq və küləklər şəhərində daima yad edəcəyik.

Israfil Emin Qarabaği