Nazilə Səfərli: “Mən o qıza zülm etdim”
Nazilə Səfərli uzun zamandır küsülü olan Fatimə Fətəliyeva ilə barışıb.
Adalet.az bildirir ki, F.Fətəliyeva N.Səfərlinin atasının yas mərasimində iştirak edib:
“Bəzi küsülü olduğum sənət adamları ilə barışdım. Fatimə atamın yas mərasiminə gəldi. Qapıma gələcək qədər ürəkli imiş. Atam xəstəxanada yatanda ziyarət etsəydi belə onu bağışlayacaqdım. Mənim günahım yox idi. O mənə ağır ifadə işlətmişdi. Elə sözlər ark i, o sözlərə görə evlər yıxılır. Heç kəsi təhqir etmək olmaz. Amma mən də o qıza zülm etdim. Dediyi sözü heç cür qəbul edə bilmirdim. Səbəb o idi”.
Əntiqə


Bakı -°C

