Naxçıvandakı dönərxanalarda nöqsanlar aşkarlandı
Muxtar respublikada fəaliyyət göstərən 34 dönərxanada monitorinqlər aparılıb.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Adalet.az-a bildirilib ki, monitorinqlər zamanı əsasən müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi və qida təhlükəsizliyi reyestrinə daxil edilməməsi, texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, xammalların müşayiətedici sənəd, baytarlıq arayışı və s. sənədlər olmadan qəbulunun həyata keçirilməsi, temperatur rejiminə əməl olunmaması, yararlılıq müddəti ötmüş xammalın istifadəsinə yol verilməsi və s. kimi hallar aşkarlanıb.
Monitorinqlər çərçivəsində dönərlərdən nümunələr götürülərək müayinə məqsədilə Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində 4 nümunədə (2 toyuq və 2 mal əti dönəri) uyğunsuzluqlar aşkarlanıb. Sınaq nəticələrindən asılı olaraq müvafiq tədbirlər həyata keçirilib, 1 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Digər Xəbərlər
23 Dekabr 2025 14:34
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15
SN-nin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən DANIŞDI
22 Dekabr 2025 10:34
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
22 Dekabr 2025 09:46
Əhali arasında yayılan xəstəliyin səbəbi nədir? - Rəsmi açıqlama
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13
6 yaşlı Ucalın köməyinizə ehtiyacı var - FOTO
16 Dekabr 2025 10:07


Bakı -°C

