Naxçıvanda səhiyyə naziri vəzifəsinin icrası ona həvalə olunub - YENİLƏNİB
Naxçıvanda səhiyyə naziri vəzifəsinin icrası yeni müavinə həvalə olunub.
Adalet.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.
Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.
Sənəd imzalandığı gündən qüvvəyə minir.
***
14:42
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov dekabrın 1-də vəzifəsindən azad olunub.
Adalet.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin bu gün növbəti sessiya iclası keçirilib.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun vəzifəsindən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

