"Naxçıvanda muxtariyyətin ləğvi barədə düşünmək lazımdır" - Deputat
"Geniş ictimaiyyət müzakirələrə başlasın ki, Naxçıvanda muxtar respublikanın saxlanmasına ehtiyac var ya yox. Naxçıvan balaca yerdir. Əvvəllər hardasa başa düşmək olardı. Həmçinin, İran üzərindən qısa yol çəkilir. Tezliklə Zəngəzur üzərindən də yol açılar. Bizim konstitusiyaya görə, Naxçıvan həm də unitar dövlətdir. Bu baxımdan orada muxtariyyətin ləğvi məsələsiu barədə düşünmək lazımdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Bu gün Naxçıvanda iş yerləri yeni məmurlar üçün iş yerlərinin açılması ilə həll olunmalı deyil. Məsələn, Naxçıvanın kəndlərində su çatışmır, əkin sahələri azdır. İnsanların evində qaz var, amma qazı yandırmağa, onun pulunu verməyə imkanları yoxdur. Bu baxımdan, odun yandırırlar. Çalışmaq lazımdır ki, Azərbaycanda dövlətin idarəetmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin", - deyə deputat bildirib.
Nicat
Digər Xəbərlər
27 Iyul 2026 16:45
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
27 Iyul 2026 10:20
Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10


Bakı -°C

