Naxçıvanda MSK seminar-müşavirə keçirdi
Naxçıvanda MSK seminar-müşavirə keçirib.
Adalet.az xəbər verir ki, MSK tərəfindən bölgələrdə keçirilən silsilə seminar-müşavirələr Naxçıvanda da davam etdirilir.
Keçirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Səxavət Novruzov, Ali Məhkəmənin hakimi Müşfiq Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Çıxış edənlər bildirib ki, bu cür tədbirlərin keçirilməsi narazılıqlarının sayının azalmasında xüsusi önəm daşıyır.
Müşavirədə Ali Məhkəmənin əməkdaşları tərəfindən hüquqi və prossesual məsələlərlə bağlı olan suallar cavablandırılıb.
Sonra “Seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər”, Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadənin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri” mövzularında çıxışları dinlənilib.
Seminar-müşavirəyə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra yekun vurulub. /Azərtac
Digər Xəbərlər
11 Sentyabr 2026 09:52
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
10 Sentyabr 2026 18:25
Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdü - FOTO
10 Sentyabr 2026 16:55
Bayramov Aİ rəsmisi ilə görüşdü
10 Sentyabr 2026 15:55
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
10 Sentyabr 2026 13:46
Əli Əsədov Dünya Bankının regional direktoru ilə GÖRÜŞDÜ
10 Sentyabr 2026 12:17
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - FOTOLAR
10 Sentyabr 2026 11:12
Prezidentdən büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı FƏRMAN
10 Sentyabr 2026 10:18


Bakı -°C

