adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 May 2019 14:32
32014
ƏDƏBİYYAT

Naxçıvanlı yazıçılar “Məktəb”də

Otuza yaxın kitabın, 330-dan artıqelmi, çoxsaylı qəzet məqalələrinin müəllifi, dörd kitabı və 50-yə yaxın elmi məqaləsixarici ölkələrdə işıq üzü görən Hüseyn Həşimli uzunmüddətli tədqiqatlarının nəticəsiolan "Naxçıvanlı yazıçılar və "Məktəb” jurnalı” adlı yeni kitabını elmi-ədəbi,pedaqoji ictimaiyyətə təqdim edib.

Xatırladaq ki, Əməkdar elm xadimi,filologiya üzrə elmlər doktoru, professorH.Həşimli müxtəlif vaxtlarda M.Hadi, A.Divanbəyoğlu, A.Sur, A.Səhhət,Ə.Müznib, S.Səlmasi, Ə.Səbur, N.Bəsir və bəzi digər ədiblərin bir sıra əsərləriniiyirminci əsrin ilk onilliklərinə aidmüxtəlif qəzet və jurnallardan, kitablardan, həmçinin arxivlərdəntoplayaraq nəşr etdirib və ilk dəfə müasir oxuculara çatdırıb. Onlarınsırasında Naxçıvan ədəbi mühitinin yetirmələri olan E.Sultanovun, Ə.Qəmküsarın,Ə.Səbrinin, Ə.Qəribin, M.Sidqinin, M.Təhmasibin də əsərləri yer alıb. Bakıda1910-1911-ci illərdə çıxmış "Yeni füyuzat” məcmuəsinin, M.Sidqinin redaktorluğuilə nəşr olunmuş "Şeypur” jurnalının (1918-1919-cu illər) bütün saylarınıntransliterasiya edilərək kitablar halında nəşri də H.Həşimli tərəfindən həyatakeçirilib.

Ədəbiyyatşünas alimin "Naxçıvanlı yazıçılarvə "Məktəb” jurnalı” adlı yeni monoqrafiyası da onun bu yöndəkiaraşdırmalarının davamı kimi özünəməxsus əhəmiyyət daşıyır. Bakıda 1911-1920-ciillərdə uşaqlar üçün nəşr olunmuş "Məktəb” jurnalı şagirdlərin dünyagörüşünü zənginləşdirmək,biliklərini dolğunlaşdırmaq, sağlam ruhda tərbiyəsinə xidmət göstərmək məqsədidaşıyan, ədəbi və didaktik materiallarla zəngin olan bir dərgi kimi Azərbaycanpedaqoji fikir tarixində mühüm iz qoyub. Həmin jurnalın səhifələrində Naxçıvan ədəbimühitinin yetirmələri də müxtəlifjanrlı əsərlərlə çıxış ediblər. Lakin indiyədəkhəmin materialların əksəriyyəti lazımi tədqiqata cəlb olunmamışdı. Bu zərurətinəzərə alan H.Həşimli naxçıvanlı yazıçıların "Məktəb” jurnalı ilə çoxşaxəliyaradıcılıq əlaqələrini ilk dəfə sistemli şəkildə araşdırıb.

Müəllif monoqrafiyanın "Hüseyn Cavidinşeirləri "Məktəb” jurnalında” adlı ilk fəslində yazır: "Naxçıvan ədəbimühitinin yetirməsi olan bir sıra şair və yazıçılar "Məktəb” jurnalı iləyaxından əlaqə saxlamış, onun fəaliyyəti ilə maraqlanmış, dərginin səhifələrindəçıxış etmişlər. Bu baxımdan məşhur romantik ədibimiz H.Cavidin,yazıçı­-publisistlərdən M.S.Səfərovun, Ə.S.Qasımovun, Ə.Q.Naxçıvanlının və digərlərininadlarını xatırlada bilərik. Adları çəkilən müəlliflərin "Məktəb” dərgisi ilə əlaqələribir neçə istiqamət üzrə olmuşdur. Onlar həm jurnalın qayğılarına diqqətyetirmiş, bu barədə mətbuatda məqalələr, məlumatlar vermiş, həm də dərginin səhifələrindəorijinal əsərlər və tərcümələr dərc etdirmişlər”.

H.Həşimli həmin fəsildə H.Cavidin "Məktəb”jurnalında çıxmış "İlk bahar” və "Bir qız” şeirlərinə nəzər salıb, həmin bədiinümunələrin jurnaldakı ilk variantlarını şairin sonrakı kitablarında gördüyümüzmətnlərlə ilk dəfə müqayisəli təhlilə cəlb edib, fərqləri aydınlaşdırıb.H.Cavidin hazırda "Qız məktəbində” adı ilə tanınan, "Məktəb” jurnalında isə"Bir qız” başlığı ilə verilmiş şeirinin yazılma tarixi ilə bağlı bəzi ədəbiyyatşünaslıqəsərlərində yer almış fərqli fikirlərə də münasibət bildirən tədqiqatçı müvafiqdəqiqləşdirmələr aparıb. Şairin sovet dövründə çıxmış kitablarına daxil edilməyən"İsmayıl bəy” şeiri də bu fəsildə özünün elmi-ədəbi təhlilini tapıb. Romantik ədibinhər üç şeiri ideya-bədii baxımdan təhlil olunaraq uşaq ədəbiyyatımızın diqqətəlayiqnümunələri kimi dəyərləndirilib.

"Məktəb” jurnalında çıxış etmişnaxçıvanlı yazıçılardan Məmmədəli Sidqi, Əli Səbri, Ələkbər Qərib kimiunudulmuş müəllifləri oxuculara daha yaxşı tanıtdırmaq üçün sonrakı müvafiq fəsillərinəvvəllərində onların həyat və yaradıcılığı ilə bağlı verilən müfəssəl məlumatlaralınan təəssüratı uğurla tamamlayır. Məşhur maarifçi ədib Məhəmməd TağıSidqinin oğlu, tanınmış yazıçı-publisist Məmmədəli Sidqinin adı ədəbiyyat, mətbuat,maarif və mədəniyyət tariximizdə önəmli yerlərdən birini tutur. Hüseyn Həşimlibuna monoqrafiyanın "Məmmədəli Sidqinin hekayələri ədəbi-pedaqoji yaddaşişığında” fəslində işıq salır. Məmmədəli Sidqinin 1914-1915-ci illərdə "Məktəb”jurnalında dərc olunmuş "Məktəbə gec gələn şagird”, "Bədnəfs uşaq”, "Çalışqan məktəbşagirdi dilindən”, "Mütaliə sevən Əhməd”, "Cümə günləri”, "Dərsə həvəsi olmayanşagird” və digər pedaqoji-didaktik hekayələrini ilk dəfə aşkara çıxarıb tədqiqatacəlb edən H.Həşimli onların əsas məziyyətlərini, tərbiyəvi qayəsiniaydınlaşdırıb, bu əsərlərin Məhəmməd Tağı Sidqinin pedaqoji nəsrindən gələn ənənələrləbağlılığını da diqqətə çatdırıb. Müəllif yazır ki, M. Sidqi uşaqpsixologiyasına dərindən bələd olduğu üçün onun hekayələrində uşaq dünyasıbütün yönləri ilə qələmə alınırdı. Və "Məktəb”də dərc olunan bu hekayələr öz tərbiyəvivə didaktik təsirinə görə jurnalın dəyərini artırırdı.

Naxçıvan ədəbi mühitinin yetirmələrindənolan Əli Səbri Qasımovun çoxşaxəli yaradıcılıq fəaliyyətinə nəzər salanmono­qrafiya müəllifi üçüncü fəsildə onun "Məktəb” jurnalı ilə əlaqələrinigeniş şəkildə araşdırıb. Ə.Səbrinin tərcüməçilik fəaliyyəti, o cümlədən 1912-ciildə, hələ Qori Müəllimlər Seminariyasının tələbəsi ikən məşhur rus yazıçısı Lev Tolstoydan etdiyi "Kəndlivə su adamı” hekayəsinin jurnalda nəşrinin izlədiyi tərbiyəvi qayə barədə deyilənlərbu baxımdan maraq doğurur. Ə.Səbrinin o zaman "İqbal” qəzetində "Məktəb”jurnalının nəşrinə kömək, onun təbliği məqsədilə dərc etdirdiyi məqaləyə dədiqqət yetirilməsi mövzunun tədqiqinətamlıq gətirir. Analoji mündəricəli digər yazılar da bu fəsildə öz təhlilinitapıb. Bu kimi materiallar göstərir ki, naxçıvanlı yazıçılar əsl ziyalımövqeyində dayanaraq "Məktəb”in problemləri ilə də maraqlanır, onun abunə vəsatış məsələlərində köməklərini əsirgəmirdilər.

Naxçıvan ədəbi mühitinin daha birunudulmuş nümayəndəsi Ələkbər Qərib Abbasov da Qori Seminariyasında təhsilalarkən "Məktəb” jurnalı ilə əməkdaşlıq edib. İstedadlı sənətkarın çoxşaxəliyaradıcılığı fonunda bu jurnaldakı fəaliyyətini araşdıran H.Həşimliyazıçının "Bacı və qardaş” hekayəsinidaha ətraflı şəkildə nəzərdən keçirib, onu uşaqların yaş və dünyagörüşünə uyğunbədii nümunə kimi dəyərləndirib. Həmin əsər də monoqrafiyada ilk dəfəaraşdırmaya cəlb olunan materiallardandır. Hekayə ilə bağlı bəzi məqamların dəqiqləşdirilməsidə elmi-ədəbi təhlillərə əsaslanır.

Çoxsaylı elmi-ədəbi qaynaqlar və yeniaşkarlanmış materiallar əsasında ərsəyə gəlmiş "Naxçıvanlı yazıçılar və "Məktəbjurnalı” vaxtında işıq üzü görmüş bir kitab kimi həm də o cəhətdən razılıqdoğurur ki, müəllif araşdırılan əsərləriəlavələr bölməsində tam halda oxuculara təqdim edib. Bu isə kitabın dəyərinixeyli artırıb. Həmin əsərlərlə tanışlıq göstərir ki, onlar bu gün də uşaqlarınmütaliə materialları sırasında layiqli yer tuta bilər.

Mətbuat tariximizin bir sıra qaranlıqməqamlarını tədqiqat obyektinə çevirmiş Hüseyn Həşimlinin yeni monoqrafiyasınımuxtariyyətimizin 95 illiyinə yubiley hədiyyəsi hesab etməklə ona yeniyaradıcılıq uğurları arzusu ilə

MuxtarMƏMMƏDOĞLU

"Şərqqapısı” qəzetinin məsul katibi

Naxçıvan