Naxçıvanın nömrəsi dəyişdi - 85 ləğv olundu
Naxçıvanda mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb.
Adalet.az Naxcivanxeberleri.com saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev açıqlama verib.
O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilib:
Babək – 67
Şərur – 68
Ordubad – 69
Şahbuz - 71
Culfa – 72
Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75
Rəis həmçinin qeyd edib ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunmuşdu.
Digər Xəbərlər
18 May 2024 19:15
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - VİDEO - FOTO
18 May 2024 19:10Əlahiddə Ümumqoşun Orduda MAXE qəbulu elan edildi - ŞƏRTLƏR
18 May 2024 17:00İlham Əliyev və Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB + FOTOLAR
18 May 2024 16:12Prezident və birinci xanım “Ağalı” hotelinin açılışında - YENİLƏNİB
18 May 2024 14:40