Naxçıvanda referendumqabağı təşviqatın aparılması üçün ayrılan açıq və qapalı yerlər açıqlanıb
Naxçıvan Muxtar Respublikasında sentyabrın 26-da Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək referendumla bağlı referendumqabağı təşviqatın aparılması üçün müvafiq yerli icra hakimiyyəti orqanlarının sərəncamlarına əsasən açıq və qapalı yerlər kimi müəyyən olunub.
Adalet.az-ın məlumatına görə, həmin yerlər aşağıdakılardır:
Naxçıvan şəhərində
Açıq yer – Naxçıvan Şəhər Stadionu
Qapalı yer – "Gənclik” Mərkəzi
Şərur rayonunda
Açıq yer – Şərur Olimpiya Stadionu
Qapalı yer – "Bahar” kinoteatrı
Babək rayonunda
Açıq yer – Babək qəsəbəsinin mərkəzi meydanı
Qapalı yer – Babək qəsəbə 1 nömrəli tam orta məktəbin akt zalı
Ordubad rayonunda
Açıq yer – Ordubad Şəhər Tədbirlər Meydanı
Qapalı yer – Ordubad Rayon Mədəniyyət Evi
Culfa rayonunda
Açıq yer – Culfa Şəhər Stadionu
Qapalı yer – Culfa Rayon Mədəniyyət Evi
Kəngərli rayonunda
Açıq yer – Qıvraq Qəsəbə Stadionu
Qapalı yer – Kəngərli Rayon Mədəniyyət Evi
Şahbuz rayonunda
Açıq yer – Şahbuz Şəhər Stadionu
Qapalı yer – "Araz” kinoteatrı
Sədərək rayonunda
Açıq yer – Sədərək Rayon Stadionu
Qapalı yer – Sədərək kənd mədəniyyət evi
Qeyd edək km, sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar olaraq Seçki Məcəlləsinə əsasən referendumqabağı təşviqatın aparılması 3 sentyabr 2016-cı il tarixdə başlanır və 2016-cı il sentyabrın 25-i saat 8:00-da dayandırılır.