NATO Qarabağa görə narahatdır
NATO-ya üzv olan bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır.
Adalet.az xəbər verir ki, bunu Ermənistanda jurnalistlərlə görüşündə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Onun sözlərinə görə, bu, siyasi gərginliklə müşayiət olunur.
"Bildiyiniz kimi, iki ölkənin-müttəfiqi NATO (Fransa və ABŞ) ATƏT-in Minsk qrupunun həmsədrləridir. Və onlar Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə sadiqdirlər Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.
O, əlavə edib ki, NATO regionda təhlükəsizliklə bağlı vəziyyəti diqqətlə izləyir: "Biz bu barədə vaxtaşırı təzə məlumatlar alırıq. Deməliyəm ki, hazırda narahatlıq səviyyəsi NATO ölkələri arasında kifayət qədər yüksəkdir, çünki bu yaxınlarda regionda toqquşma olub, yaralılar var, müharibə bəyanatları səslənib. NATO birbaşa prosesə cəlb olunmayıb. Bizim mövqeyimiz Minsk qrupuna kömək etməkdir. NATO tərəflər və Minsk qrupu həmsədrləri tərəfindən problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara kömək göstərməyə davam edəcək”.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35