Natiq Məmmədli: “İnformasiyanın mənbəyi dəqiq olmalıdır ki, cəmiyyətin buna...”
“Keçən il bu kimi tədbirlərdə 600-ə yaxın jurnalist iştirak edib”.
Adalet.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.
O bildirib ki, bu il isə Agentlik tərəfindən aidiyyəti qurumlarla 800-ə yaxın jurnalistin sahəvi jurnalistikanın təkmilləşdirilməsində iştirakının təşkili planlaşdırılır:
“İnformasiyanın mənbəyi dəqiq olmalıdır ki, cəmiyyətin buna inanması daha asan olsun. Kommunikasiya mötəbər olmalıdır. Jurnalist öz məsuliyyətini dərk etməlidir. Hazırlanan material həm ölkə daxili auditoriyada, həm də ölkə sərhədlərindən kənarda da Azərbaycan reallığını ifadə etmək gücünə malikdir. Düşünürəm ki, bu kimi proqramlar gələcəkdə bütün sahələrdə, eləcə də hüquq sistemi üzrə əldə edilən informasiyalar jurnalistlərə peşə fəaliyyətində faydalı olacaqdır”.(oxu.az)
Digər Xəbərlər
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03
Saytlara dəstək müsabiqəsinin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:36
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - FOTO
30 Iyun 2026 15:24


Bakı -°C

