Narkotik vasitənin təsiri altında olan sürücü həbs edildi - VİDEO

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Xəzər” markalı, 77-LF-416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vüsal Miriyev saxlanılıb.
Adalet.az xəbər verir ki, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırıldığı aşkar edilib, eləcə də hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Miriyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Miriyev 20 sutka inzibati qaydada həbs edilib.