Bank kartlarından 20 min manatdan çox pul oğurlandı - RƏSMİ

Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunub ki, mayın 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib:
"Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".
Digər Xəbərlər

“Ehtimallar çoxdur, hərə bir söz danışır” - Elgünün yaxınları + VİDEO

Küçədə azərbaycanlı qadını öldürən şəxsə ömürlük həbs VERİLDİ

Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Kartlardan 12 min manata yaxın pul oğurlandı

"TikTok"da tikinti materialları satışı fırıldağına görə bir nəfər həbs edildi

Bankomatda unutduğu pulu oğurladılar

İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı
