Narkotik satan və qanunsuz odlu silah saxlayan şəxs həbs edildi - VİDEO
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan 8 kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı 2 ədəd ov tüfəngi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
30 Iyun 2026 17:05
“1xBet” vasitəsilə qanunsuz mərc oyunları təşkil edənlər tutuldu - KMBİ-dən əməliyyat
29 Iyun 2026 18:41
Bakda marketdən oğurluq edən şəxs saxlanıldı - VİDEO
29 Iyun 2026 09:58
Çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı - VİDEO
29 Iyun 2026 09:42
Polis Saatlıda əməliyyat keçirdi - Həbs edilənlər var - FOTO
28 Iyun 2026 10:02
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27 Iyun 2026 11:11
Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı
26 Iyun 2026 09:45
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanıldı - VİDEO
25 Iyun 2026 13:11


Bakı -°C

