Narkokuryerlik edən şəxs saxlanıldı
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Qasımov rayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlində olan torbadan külli miqdarda, yəni 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Qasımov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitəni 500 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Digər Xəbərlər
01 Yanvar 2026 13:03
“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər - VİDEO
30 Dekabr 2025 17:20
Keçmiş iş yerindən 6 min manatlıq oğurluq etdi
30 Dekabr 2025 13:34
Axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb
30 Dekabr 2025 11:57
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi
29 Dekabr 2025 12:54
Bakıda 803 qutu pirotexniki vasitə aşkarlandı - VİDEO
26 Dekabr 2025 13:32
Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
26 Dekabr 2025 10:04
Dələduzluqda ittiham edilərək işi məhkəmədə olan şəxs yenidən eyni əmələ görə saxlanıldı
25 Dekabr 2025 17:30


Bakı -°C

