Narinin bacısı da illər əvvəl öldürülüb?

Türkiyənin Diyarbəkir şəhərində 19 gün davam edən axtarışlardan sonra sentyabrın 8-i cəsədi tapılan 8 yaşlı Narin Güranın bacısının illər əvvəl öldürüldüyü barədə məlumat yayılıb. İddiaya görə, beş yaşlı Tülin 5 il öncə pilləkənlərdən yıxılaraq ölüb və ekspertiza aparılmadan dəfn edilib.
Adalet.az “Sabah”a istinadən xəbər verir ki, bundan sonra Diyarbəkir Cümhuriyyət Baş Prokurorluğu Narinin 5 il öncə naməlum şəraitdə dünyasını dəyişən bacısı Tülinin ölümü ilə bağlı da istintaq başladıb.
İstintaq çərçivəsində Narinin ailə üzvlərindən saxlanılmayan yeganə dayısı Erhan Güran isə Tülinin öldürülməsi ilə bağlı iddiaları təkzib edib: “Narinin böyük bacısı Tülin 2019-cu ildə vəfat edib. O, anadangəlmə şikəst, boynundan aşağı iflic olub. Tülin yataq xəstəsi idi. Həmin müddətdə xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb”.
Bildirilir ki, Prokurorluq Diyarbəkir Uşaq Xəstəlikləri Xəstəxanasından araşdırma üçün məlumat və sənədlər tələb edib.
Qeyd edək ki, boğularaq öldürüldüyü bildirilən Narinin qətlində əsas şübhəli ailənin yaşadığı Tavşantəpə kəndinin muxtarı olan əmisi Sami Güran olub. O, qəsdən adamöldürmə maddəsi ilə həbs olunub.
Narinin anası, atası, iki qardaşı və əmisi də daxil olmaqla 24 şübhəli saxlanılıb. Lakin daha sonradan atası sərbəst buraxılıb.
Digər Xəbərlər
29 Oktyabr 2025 16:49 Putin uzunömürlülüyün sirrini açdı - "Balıq yeyin"
29 Oktyabr 2025 16:17 Aİ müharibəyə hazırlaşır
29 Oktyabr 2025 15:46 Simonyan Azərbaycanla sülh prosesindən danışdı
29 Oktyabr 2025 12:15 "Firavan Türkiyəni birlikdə quracağıq" - Ərdoğan
29 Oktyabr 2025 11:22 “Rusiya cəbhə xəttində irəliləyişlər əldə etməsə...”
29 Oktyabr 2025 10:57 “İsrailin Yaxın Şərqdəki aqressiyasının əsl səbəbkarı İran rejimidir”
29 Oktyabr 2025 10:50 Türkiyədə 6 mərtəbəli bina çökdü - Dağıntılar altında qalan var
29 Oktyabr 2025 10:45 

Bakı -°C 






