“Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”
"Nardaranda olan məscidlər dövlət qeydiyyatından keçməyib”.
Adalet.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, bu məscidlər də qeydiyyatdan keçməlidir: "Məscidlərin qeydiyyat üçün sənədləri hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidir. Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə axundlar göndərilməlidir. Bundan sonra həmin məscidlərdə dini mərasimlər keçirilməsi tam qanuna uyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda həmin məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı çağırışlarımıza, təşəbbüslərimizə adekvat cavablar verilməyib”.
M. Qurbanlı bildirib ki, Nardaranda müqəddəs ziyarətgah var: "Bu ziyarətgahın təmiri, saxlanılması ilə bağlı dövlətin diqqəti olub, bundan sonra da olacaq. Amma söhbət ondan gedir ki, kimlərsə Nardaranda din adı altında sui-istifadə hallarına yol verməməlidir. Orada gənclərimiz var, gözəl məktəblər tikilib, gənclərin təhsili üçün şərait yaradılıb. Təəssüf ki, gənclərimizi təhsildən yayındıran valideynlər var. Buna da yol vermək olmaz. Çünki gənclərin təhsildən yayındırılması ümumi icbari təhsil haqqında qanuna ziddir. Belə halların qarşısı alınmalıdır”.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57