adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2025 09:51
61
İDMAN
A- A+

Çempionlar Liqası: “Qarabağ” “Napoli” ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

Adaet.az xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq.

Görüş “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 10-da öz meydanında “Ayaks” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 4 görüşdən sonra yeddi xalla 15-ci pillədə qərarlaşıb.