Nankorlar, bir günlük matəm də elan etmədilər...

Hazırda planetin bir çox ölkələri və tanınmış simaları stress yaşayır.
Hansı xarici medianı açırsan ki, bir yenilik tapasan, mümkün deyil, Hər bir ölkə öz mediasında Roma Papasının ölümünə reaksiya verib. Məsələn, ABŞ Prezidenti Donald Tramp, İtaliyanın Baş naziri Ciorcia Meloni, Fransa, Polşa, İsrail prezidentləri Emmanuel Makron, Ancey Duda, İshak Hersoq, Almaniya kansleri Olaf Şolts, hətta Hindistanın baş naziri Narendra Modi və digərləri mərhum Papanın ölümü ilə əlaqədar başsağlığı veriblər.
Hətta bu ölümdən daha çox sarsılan Papanın vətəni Argentina olub ki, orada 1 həftəlik matəm elan edilib. Braziliya qalarmı heç? O da 1 həftəlik matəm elan edib. İspaniya trenddən geri qalmayaraq Papanın yasını üç tuta biləcəyini elan etdi.
Digər ölkələrdə Papanın ölümünə "yandıqlarını" nümayiş etdirdilər.
Məsələn, Fransa dövləti Parisdəki Eyfel qülləsinin işıqlarını Fransiskin xatirəsinə hörmət əlaməti olaraq bu gün söndürəcək.
Təlimatlarını Vatikandan alan, Papanın əmrlərini yerinə yetirən Avropa İttifaqı da trenddən geri qalmadığını açıqlayıb. Brüsseldəki rəsmi orqanları Roma Papası Fransiskin vəfatı ilə əlaqədar bayraqları yarıya qədər endirib.
Deməli, Papa Fransisk hələ Papa olmamışdan çox əvvəl - Xorxe Mario Berqolyo olan vaxtı ermənilərin xidmətində olub və hələ 1991-ci ildə onların soyqırıma məruz qaldığını elan etdi. Papa olandan sonra isə 2015-cı il aprelin 12-də
ürəyi soyumadı dübarə bir də elan etdi ki, ermənilər tüklərin etdiyi soyqırıma qurban gediblər.
Papa, əlavə olaraq hər zaman Ermənistana səxavət əlini gen-bol açıb. Yardımlar, bəxşeyişlər, hədiyyələr.
Amma deyəsən nankor ermənilər, Roma Papasına görə matəm elan etmədilər. Nə də heç nəylərini Fransa kimi söndürmədilər, Aİ kimi aşağı eləmədilər.
Bu xəstə toplumun dostluğu, sevgisi, ehtiramı da, ancaq həmin adamdan istifadə etdiyi dövrü əhatə edir. "İstifadə müddəti" bitdisə, dostluq, sevgi, ehtiram da bitdi.
Nankorlar...
Əntiqə Rəşid
Digər Xəbərlər

Rusiya, Ukrayna və ABŞ prezidentləri Türkiyədə görüşə bilər - Fidan

Böyük Britaniya iki rus generalına sanksiya tədbiq edib

Şir qadına və iki uşağa hücum etdi - Anbaan görüntülər

Erməni deputat və katib toxunulmazlıqdan məhrum edildilər

Tanınmış iş adamı bu maddə üzrə ittiham olunur

Rusiyalı nazirin intihar etdiyi yerdən GÖRÜNTÜLƏR - VİDEO

Sabiq nazirin istefaya göndərilməsindən sonra nazirliyin əməkdaşı ürəktutmadan öldü
