Namiq Qaraçuxurlu: “Həmişə məni aldadıblar”

Meyxanaçı Namiq Qaraçuxurlu daha çox aldadıldığını etiraf edib.
Adalet.az xəbər verir ki, o, işlədiyi yerlərdə çox vaxt zəhmətinin qarşılığını ala bilmədiyini söyləyib:
“İllər əvvəl bazarda işləyirdim. Daha çox pulum o zaman olurdu. Ancaq fəhlə işləyən vaxt bir dövlət müəssisənin binasını tikirdik. Orda bizi işlətdilər, pulumuzu isə vermədilər. Həmin haqqını almayan fəhlələrdən biri də mən idim.
Sonralar meyxanaçı kimi fəaliyyət göstərəndə isə konsertlərdən qazançımı götürə bilmədim. Konsertin təşkilatçısı konsertdən sonra pulumu vermədi.
Sonra isə mən konsertlərdən geri çəkilməyə başladım.
Ömür boyu məni aldadıblar (gülür).
Biz İranda konsert verəndə təəccübləndim ki, nə yaxşı haqqımı verdilər.
Əntiqə
Digər Xəbərlər

Xalq artisti yeni fotosessiyası ilə diqqət çəkib

Türk serialları 1,5 milyard baxış toplayıb

Ərindən Rəqsanənin həbsi ilə bağlı ilk AÇIQLAMA

Tatlısəsin qızı hakim qarşısına çıxacaq

Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum oldu

"Kişilərin qanını içirəm" - Nesrin Cavadzadə

Rəqsanə İsmayılova dələduzluq etdiyinə görə həbs edildi
