adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Iyun 2017 17:46
74553
MÜSAHİBƏ

Namiq Mehdiyev: “Bu gününə, bu anına çox bənd olma, buda keçər!"

Pauerliftinq yığma komandasının üzvü, Respublikaçempionu, dəfələrlə beynəlxalq turnirlərin və Avropa çempionatının qalibi NamiqMehdiyev.

-  İlkolaraq səni daha yaxından tanıyaq. İdman kariyerandan danışaq

 - Mən Namiq Mehdiyev Emin oğlu 1985-ci ildə Bakı şəhərindəanadan olmuşam. Orta məktəbi Fikrət Tağıyev adına 72 saylı liseydə oxumuşam.2003-cü ildə məktəbi bitirmişəm və həmin ildə də Azərbaycan Dövlət İqtisadUniversitetinə qəbul olmuşam. 2007-ci ildə universiteti bitirmişəm və həmin ildədə hərbi xidmətə getmişəm.

İdmankariyerama universitetdə oxuya-oxuya başlamışam. İlk olaraq, karate ilə məşğulolmuşam. Karatedə də bir çox uğurların sahibi olmuşam. Sonra isə həvəskar şəkildəştanqla məşğul olmağa başladım. Fiziki gücümün yaxşı olduğunu düşünərək, peşəkarşəkildə pauerliftinqlə məşğul olmağa başlamışam. Mənə bu yolda dəstəkolanlardan biri də ilk müəllimim Rövşən müəllimə minnətdaram. Həmin illərdəyarışlarda iştirak eləmişəm. Amma hərbi xidmətə getdiyimə görə və geri döndüyümzaman da Azərbaycandan kənar yaşadığıma görə peşəkar olaraq kariyeradan uzaqlaşdım.Uzun müddət ara verməyimə baxmayaraq, 2015-ci ilin axırlarından ciddi məşqlərəbaşladım. 2016-cı ilin sentyabr ayında Respublika çempionatında iştirak elədim.Həmin çempionatın gümüş medal sahibi oldum. Sonra Gürcüstanda keçirilən "Beynəlxalqturnirdə” iştirak elədim və qızıl medala sahib oldum.

Beləliklə, peşəkar kariyerama davam elədim.

-  İlkyarış, ilk qələbə, ilk uğur! Yəni ilklər yaddan çıxmır.

- Təbii ki, hər şeyin ilki yaddan çıxmır. Amma bunabaxmayaraq mənim ilk yarışım yadımdan çıxıb. (gülür)

Zədəsizidman olmur. Naxçıvanda keçirilən "Beynəlxalqturnirdə” ciddi zədə almışdın?Bu zədə sənə Rusiyanın Soçi şəhərində keçirilənAvropada çempionatında hansı çətinliklərlə üzləşdirdi?

-Bəli. Mənüçnövçülükdən yarışa çıxıram. Siz bilirsiniz ki, pauerliftinqin üç növü vardır;squat, benchpress, deadlift. Naxçıvanda keçirilən beynəlxalq turnirdə çox güclüzədə aldım. Təbii ki, buda Soçidə keçirilən yarışa hazırlıqlarıma mane oldu.Buna baxmayaraq 100 kq çəki dərəcəsində iştirak elədim və Avropa çempionatınınqalibi oldum. Mənim üçün sevindirici qələbə idi. Hazırlıqsız getdiyimə görədüşünmürdüm, uduzaram ancaq şükürlərolsun ki, qələbə qazanaraq qızıl medalın sahibi oldum.

-  Pauerliftinqgüc tələb edən və demək olar ki, ən çətin idman növlərindən biridir.Pauerliftinqlə bir çox xanım idmançılarımız məşğul olur. Bir idmançı kimi münasibətin?

 - Hər kəsin təbii ki, subyektiv fikri var. Mənim şəxsisubyektiv fikrim budu ki, idmanın cinsi olmaz. Qadın və yaxud da kişi! İdmandabir məqsəd var: qalib gəlmək, bayraq dalğalandırmaq və himni səsləndirmək. Bayraqqaldıran xanımlara isə mən ən azı bayraqqaldıran kişilər qədər hörmətim var.

Bəsxanım pauerliftinqçilərdən kimi bəyənirsən?

 - Məqş yoldaşımolduğuna görə və həqiqətəndə öz üzərində ciddi işlədiyinə görə ZərifəHüseynovanın adını qeyd eləmək istəyirəm. Buna baxmayaraq digər xanım idmançılarımızadaböyük hörmətim var.

Hərbir işdə problem olduğu zaman ruh düşkünlüyü olur. O, ruh düşkünlüyünü necəaradan qaldırmağa çalışırsan?

 - Mənim üçün problemlər və uğurlar sadəcə həyatınnövbəti mərhələsidir. Problemlərimolduğu zaman depresiyaya düşmürəm. Həttauğurum olduğu zaman da mən bunu normal qəbul edirəm və abartılı şəkildə onubirüzə vermirəm

Buna aid qısa bir stat var onu demək istəyirəm: Birgün bir şah vəziri çağırır və deyirki mənə ölkənin, vilayətin ən güçlü zərgərinigətir. Onlar zərgəri gətirirlər. Zərgərədeyir ki, mənə elə bir zinyət əşyası düzəlt ki, mən çox varlı və ya çox kasıbolsam belə başımı itirməyim. Zərgər şaha üzərində yazı qeyd olunan üzük düzəldir.Üzüyün üzərində yazılıb ki, "bu gününə, bu anına çox bənd olma, buda keçər”!

Yarışlardanqabaq ciddi məşqlər olur. Bəs olub ki, hər hansı yarışda hazırlıqsız iştiraketmisən?

 - Bəli olub. 03-07 iyun 2017-ci ildə Soçidə keçirilənAvropa çempionatında hazırlıqsız iştirak eləmişəm. Qətiyyən hazırlaşmamışdım.Bu həm Naxçıvanda aldığım zədə, həm də işlərimlə bağlı olan problemlərə görəidi.

Ø Sənəbaxanda elə bilirəm ki, hər şeyi ciddi qəbuledirsən. Kənardan belə görünür. Yəni, elə siman varki insan söz deməyə beləçekinir. Bu eqaist simanın səbəbi nədir.

Bunu mənə çox deyiblər. Qıraqdan çox sərt və eqoistgörünürsən. Amma yaxından tanıyanlar bilirlər ki, elə biri deyiləm. Çox gülməyisevən biri də deyiləm. Əslində yeri gələndə gülən, yeri gələn də isə sərtoluram. Yəni qısacası insana görə dəyişirəm.

Ø İnsanelə bir peşə seçir ki, şəxsi həyata pistəsiri olmasın. Amma bəzən bunun əksi olur.İşin, peşən və şəxsi həyatın bir-birinə zidd olan nəisə varmı?

Bəli ziddiyyətlər qaçılmazdır. Belə deyərdim ki,bizim idman növü qeyri olimpiya idman növü olduğu üçün işləmədən sırf idmanla məşğulolmaq qeyri-mümkündür. Ona görə bəzən işimlə əlaqədar olaraq məşqlərimə davamedə bilmirəm. Daha çox səbəb isə işlərimin ölkədən kənar olmasıdır. Hətta ordaolmağıma baxmayaraq çalışıram ki, vaxt tapım, məşqlərimə orda da davamedim. Qaldı ki, şəxsi həyatımla işim vəya idmanım arasında heç bir ziddiyyət və problem ola bilməz.

Gələkşəxsi həyata! 32 yaş və bu o deməkdirki, evlilik yaşlarının içindəsən. Səni sevən xanımları sözün yaxşı mənasında nəzaman məyus edəcəksən?

 - Bu hal-hazırda mənim üçün də üçün açıq sualdır. Hələbu haqda konkret heçnə deyə bilmirəm. Qismət deyək! (gülür)

Son olaraq hansı fikirlərini bizimlə bölüşmək istəyərdin!

Bizə göstərilən dəstəyə görə başda AzərbaycanPauerliftinq federasiyasının prezidenti Ələddin Əliyevə, baş məşqçimiz ŞəmsiBayramova və mənə hər zaman məşqlərdə dəstəyini , köməyini əsirgəməyəndostum Vüsal Mərdanova xüsusi təşəkkürümübildirirəm. Ən sonda isə mənə hər zaman öz dəsdəyini əsirgəməyən, hər yarışımdasponsorluq edən "Şərbətli” şirkətlər qrupunatəşəkkür edirəm.