adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 May 2020 09:56
21992
ŞOU-BİZNES

Namiq Aygündən danışdı: ...həm də yaxşı prodüserdir

Yadınızdadırsa,Xalq artisti Aygün Kazımova "Xəzər maqazin”ə Namiq Qaraçuxurlunun qeyri-səmimiolduğu ilə bağlı qəribə bir açıqlamavermişdi:

"Namiq mənə qarşı çoxhaqsızlıq edib. Bu, düzgün deyil. Özünüz bilirsiz ki, mala-mülkə bağlı insanolmamışam."O gün oxuyuram, deyirlər ki, Namiq Aygünəroyal bağışlayacaq. O, mənə royal verməyəcək, royalımı qaytaracaq. Mənim əmlakımıixtisara salırlar. Bağın yanında bir ev də var. Qarşıda layihələrim var, mən nəsatacam? Namiq, sən mənim fikirlərimə don geyindirmək istəyirsən?

"Namiq və səmimiyyət”,bunlar antonimdir. Həqiqət yaddan çıxmır. 8 il birlikdə ömür sürmüşük. Yəqinki, bunu danmazsan. Sən dansan da, qonşuların danmaz. Namiqdən səmimiyyət gözləməyin”.Qeyd edək ki, müğənni eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun bağını əlindənaldığını söyləymişdi:

"Bağ evimi Namiq əlimdənaldı. Bunu biz bərabər etmişdik, ona qismət oldu. O, elə həyasızdır ki, hərşeyimi əlimdən aldı”.

İllər sonra isə meyxanaçı Namiq Qaraçuxurlueks-sevgilisi haqqında danışıb. O, Samir Bayramlının aparıcısı olduğu"Söhbətsiz” proqramında deyib ki, bu gün də Aygün Kazımovanın yanındaqazandığım təcrübədən istifadə edirəm.

Adalet.az xəbər verir ki, O, Xalq artisti Aygün Kazımova ilə illər sonra eyni səhnədəçıxış etməsindən danışıb:

"O, ulduzluqdan əlavə həm də yaxşı prodüserdir. Bəzən bir səhnədə çıxış edirik. Əvvəlcə "Heçbir pul bizi yan-yana gətirməz” deyirdik, ancaq bunlar arxada qalıb. Münasibətimiz"salam-sağ ol” səviyyəsindədir. Aramızda bir neçə dəfə problem olub. Bir dəfəEmin Musəvi xahiş edib, ona görə eyni səhnəyə çıxmağa razılaşdıq. Bu yaxınlardada bir prodüser danışmışdı, bizim adımızdan beh götürmüşdü. Xahiş etdi ki, mənipis vəziyyətdə qoymayın. Bu, həyata keçdi. Münasibətlərimiz soyuq olanda da səhnəyərahat çıxırıq. Ünsiyyətimiz normaldır”.

Əntiqə Rəşid